Britaniya kriptovalyuta sənayesini tənzimləmək üçün yeni qanun layihəsi təqdim edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
London, 30 aprel, AZƏRTAC
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz hökumətin kriptoaktivlər sənayesini tənzimləmək üçün yeni qanun layihəsini təqdim edib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu qanunlar çərçivəsində kriptovalyuta birjaları, treyderlər və vasitəçilər ilk dəfə olaraq hüquqi tənzimləmə sahəsinə daxil ediləcək.
Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, yeni qaydalara əsasən, kriptovalyuta ilə məşğul olan platformalar və şəxslər rəsmi qeydiyyata alınacaq. Bu həm qeyri-qanuni fəaliyyəti məhdudlaşdıracaq, həm də qanuni innovasiyaları dəstəkləyəcək. Bundan əlavə, Britaniyada müştəriləri olan kripto şirkətləri şəffaflıq, istehlakçı hüquqlarının qorunması və dayanıqlı fəaliyyət sahələrində konkret standartlara cavab verməli olacaq.
Nazirlik qeyd edib ki, hazırda Britaniyada yetkin əhalin təxminən 12 faizi bitcoin və ya eterium kimi kriptovalyutalara sahibdir və ya əvvəllər sahib olub. Bu göstərici 2021-ci ildə cəmi 4 faiz idi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 Aprel 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















