Britaniya hökuməti miqrasiyanın məhdudlaşdırılması üçün yeni plan təqdim edib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 11 may, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkədə kütləvi miqrasiyanı məhdudlaşdırmaq məqsədilə yeni tədbirlər planını açıqlayıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hökumət bu təşəbbüsü uğursuz sərbəst bazar təcrübəsinə son qoymaq kimi qiymətləndirib.
Yeni plana əsasən, yalnız ali təhsilli işlər üzrə ixtisaslı miqrantlara viza veriləcək. Aşağı ixtisas tələb edən sahələrə isə yalnız sənaye strategiyası üçün həyati əhəmiyyət daşıyan sahələrdə viza veriləcək. Əvəzində isə şirkətlər britaniyalı işçilərin hazırlanmasına daha çox sərmayə qoymalı olacaqlar.
Baş nazir Kir Starmer liderliyindəki Leyboristlər hökuməti bu addımı ölkədə miqrasiya səviyyəsinin azaldılması istiqamətində atır.
Qeyd edək ki, bu ay keçirilən yerli seçkilərdə sağçı və anti-miqrant mövqeyi ilə tanınan Reform UK partiyasının uğuru hökumətə əlavə təzyiqlər yaradıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 11 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















