Britaniya ordusu Rusiya ilə gizli müharibəyə belə hazırlaşır
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Britaniya hərbçiləri Rusiya ilə potensial silahlı münaqişə ehtimalına qarşı gizli hazırlıq işləri aparır.
Globalinfo.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Nəşr mənbələrinə istinadən yazır ki, Britaniya ordusunun ən böyük piyada alaylarından birinin əsgərləri mümkün müharibə ssenariləri üzrə intensiv təlimlər keçirlər. Təlimlər real döyüş şəraitinə yaxın mühitdə təşkil olunub.
Hərbi hazırlıq tədbirləri Müdafiə Nazirliyinə məxsus və Uiltşir qraflığında yerləşən Solsberi düzənliyində keçirilir. Döyüş manevrləri üçün xüsusi ərazidən istifadə olunur.
Qeyd olunur ki, Rusiya hakimiyyəti Avropa ölkələrinə qarşı hər hansı silahlı münaqişə planlarının olmadığını dəfələrlə bəyan edib. Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa tərəfindən mümkün hücum halında Rusiyanın bütün mövcud hərbi vasitələrlə cavab verəcəyini açıqlayıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Fevral 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















