Britaniya 1000 günə müharibəyə hazırlaşır Müdafiə naziri
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniya 1000 gün ərzində müharibəyə hazır vəziyyətə gəlməlidir.
Gununsesi.info xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ues Stritinq bildirib. O, kiminlə müharibəyə hazırlaşdıqlarını açıqlamayıb.
Nazir “The Daily Telegraph” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, 2030-cu ilə qədər rəqiblərinin hərbi gücü və iqtisadi imkanları onlara hücuma keçmək imkanı verə bilər. Onun sözlərinə görə, Britaniyanın müttəfiqləri ilə birlikdə döyüşməyə və qələbə qazanmağa hazır olması üçün qarşıda 1000 gündən bir qədər çox vaxt var.
Stritinq rəqiblərin sürətlə modernləşdiyini vurğulayaraq, NATO və ABŞ ilə ittifaqların gücləndirilməsinin, eləcə də ölkənin sənaye bazasının bərpasının vacibliyini qeyd edib.
O bildirib ki, Britaniya həm innovasiya, həm də istehsal sahəsində rəqiblərini qabaqlamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 25 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















