Icma.az
close
up
RU
Britaniya parlamentarisi Lord Con Man ilə Azərbaycan Britaniya münasibətləri müzakirə olunub

Britaniya parlamentarisi Lord Con Man ilə Azərbaycan Britaniya münasibətləri müzakirə olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Milli Məclisinin deputatları Səməd Seyidov və Asim Mollazadə ilə Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Man arasında görüş baş tutub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşdə çıxış edərək Azərbaycanla Böyük Britaniya arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb. Əlavə edib ki, Azərbaycanın nümayəndə heyəti AŞPA-da Avropa Mühafizəkarlar Qrupunun tamhüquqlu üzvüdür və burada Böyük Britaniyanın nümayəndə heyətinin əksəriyyəti də təmsil olunur. Bu isə ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq platformalarında da əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. S.Seyidov vurğulayıb ki, beynəlxalq təşkilatlarda, xüsusilə AŞPA çərçivəsində birgə fəaliyyət iki ölkə arasında etimada əsaslanan münasibətlərin göstəricisidir. O, bu əlaqələrin gələcəkdə də dərinləşəcəyinə inamını ifadə edib.

Asim Mollazadə çıxış edərək iki ölkə arasında əməkdaşlığın tarixinə və perspektivlərinə toxunub. Bildirib ki, bu əməkdaşlığın əsası 1992-ci ildən etibarən atılıb və ötən müddət ərzində tərəflər bir çox mühüm sahələrdə, xüsusilə enerji məsələlərində uğurlu əməkdaşlıq həyata keçiriblər. Deputat qeyd edib ki, bu münasibətlər yalnız iqtisadi maraqlarla deyil, həm də ortaq geosiyasi baxışlarla möhkəmlənib. A.Mollazadə çıxışı zamanı Azərbaycanın keçmiş “şər imperiyası”ndan çıxmış bir ölkə olaraq digər regionlarda azadlıq və müstəqillik yolunda addımlayan tərəfdaşlarına dəstək verdiyini bildirib. O, Azərbaycanın yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda demokratiya və azadlıq dəyərlərinin müdafiəsinə töhfə verdiyini vurğulayıb.

Deputat, həmçinin Azərbaycanın İsraillə münasibətlərinə toxunaraq bu əməkdaşlığın regionda sabitliyə və təhlükəsizliyə xidmət etdiyini qeyd edib. O, Sovet dövründə yəhudi icmasının hüquqlarının müdafiəsində iştirak etdiyini, eləcə də Avropa Yəhudi Federasiyası və Almaniya, Fransa kimi ölkələrdəki diaspor təşkilatları ilə dostluq münasibətləri saxladığını qeyd edib. Deputat bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqlarını insan haqları, azadlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurmağa davam edəcək.

Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Man görüşdə çıxışı zamanı bildirib ki, ölkələr arasında münasibətlərin inkişafı üçün liderlərin səfərləri və birbaşa müşahidələri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bir ölkəni yerində görmək, insanlarla ünsiyyətdə olmaq və oradakı ab-havanı birbaşa hiss etmək stereotipləri aradan qaldırmaq və reallığı daha dərindən anlamaq baxımından son dərəcə faydalıdır.

L.C.Man vurğulayıb ki, 24 illik parlament fəaliyyəti ərzində və ondan əvvəl Baş nazir Toni Bleyerin dövründə əsas komitələrdən birində katib kimi çalışdığı illərdə bu qənaətə gəlib - diplomatik münasibətlərdə şəxsi təmaslar və yerində müşahidə əvəzsiz rol oynayır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri