Icma.az
close
up
RU
Lord Con Alderdays: Böyük Britaniya Azərbaycan və Mərkəzi Asiya ilə əməkdaşlığını dərinləşdirməyə sadiqdir

Lord Con Alderdays: Böyük Britaniya Azərbaycan və Mərkəzi Asiya ilə əməkdaşlığını dərinləşdirməyə sadiqdir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 2 iyul, AZƏRTAC

Londonda Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən keçirilən Trans-Xəzər konnektivliyi üzrə üçüncü London konfransı çərçivəsində çıxış edən Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays, Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən danışıb.

AZƏRTAC xəbər verir ki, Lord Alderdaysın sözlərinə görə, regionla münasibətlər təkcə ticarət və investisiyalarla məhdudlaşmır, eyni zamanda, uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Bildirib ki, bu əməkdaşlıq sahələri arasında bərpaolunan enerji, maliyyə və peşəkar xidmətlər, təhsil, kreativ sənayelər və strateji əhəmiyyətə malik xammallar kimi sahələr xüsusi önəm daşıyır.

“Britaniya şirkətləri artıq regionun bir sıra ölkələrində mühüm infrastruktur layihələrində iştirak edir. Azərbaycanda Böyük Britaniyanın ixrac kredit agentliyi UKEF (UK Export Finance) aviasiya sahəsində ilk maliyyə əməliyyatını uğurla yekunlaşdırıb. Bundan əlavə, Britaniya şirkətləri Azərbaycanda təmiz enerji dəhlizlərinin yaradılması istiqamətində əməkdaşlıq edirlər”,- deyə Lord Alderdays vurğulayıb.

O bildirib ki, Orta Dəhliz boyunca yerləşən ölkələr üçün nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində infrastrukturun modernləşdirilməsi xüsusi prioritet təşkil etməlidir. Bu baxımdan, Böyük Britaniya yalnız maliyyə deyil, həm də texniki və institusional dəstək göstərməyə hazırdır.

Təhsil sahəsinə toxunan Lord Alderdays, Böyük Britaniyanın region ölkələri ilə ali təhsil sahəsində uğurlu əməkdaşlıq nümunələrini qeyd edib. Bir sıra Britaniya universitetləri artıq regionda ikili diplom proqramları həyata keçirir, mühəndis, enerji mütəxəssisləri və rəqəmsal texnologiya üzrə kadrlara təlim verir. O, bu cür “insandan-insana bağlantıların” regional inteqrasiyanın əsas təməlini təşkil etdiyini bildirib.

“Biz infrastrukturun inkişafına yalnız tikinti layihəsi kimi baxmırıq. Bu həm də insan kapitalına, təhsilə və innovasiyalara sərmayə yatırmaq anlamına gəlir. Böyük Britaniya bu istiqamətdə uzunmüddətli və davamlı tərəfdaşlıq təklif edir”,- deyə Lord Alderdays çıxışının sonunda əlavə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri