Britaniya qırıcıları RUSİYA SƏMASINDA Aviasiya müharibəsi başlayıb?
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Britaniya qırıcıları Rusiya təyyarələrini müşayiət etmək üçün bu həftə iki dəfə Polşanın şimalındakı Malbork Hərbi Hava Qüvvələri bazasından havaya qaldırılıb.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.
İlk uçuş çərşənbə axşamı, aprelin 15-də baş tutub. Komandanlıq Baltik dənizi üzərində Rusiyanın "İl-20" təyyarəsini izləmək üçün Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki "Eurofighter Typhoon" qırıcısını göndərib.
"Cümə axşamı, aprelin 17-də daha iki döyüş təyyarəsi havalandırılıb. Sonra naməlum təyyarə Kalininqrad vilayətinin hava məkanını tərk edərək NATO hava məkanına yaxın olub", - nazirlikdən bildirilib.
Aprelin 6-da bildirilib ki, Polşa Silahlı Qüvvələrinin komandanlığı Rusiya tərəfinin Ukraynada iddia edilən fəaliyyəti ilə əlaqədar öz təyyarəsini səmaya qaldırıb.
Rusiyanın Ukrayna ərazisində guya aktiv əməliyyat keçirməsi səbəbindən komandirlərin bütün mövcud qüvvə və resursları yerləşdirməyə qərar verdiyini bildirilib. Bundan əlavə, hərbçilər yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərini yüksək hazırlıq vəziyyətinə gətiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 20 Aprel 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















