Britaniya şirkətinə 122,7 milyon funt sterlinq məbləğində cərimələnib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
London, 28 may, AZƏRTAC
Böyük Britaniyanın ən iri su təchizatçılarından biri olan “Thames Water” şirkəti kanalizasiya əməliyyatları və səhmdarlara edilən ödənişlərlə bağlı qayda pozuntularına görə 122,7 milyon funt sterlinq məbləğində cərimələnib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, su təsərrüfatı üzrə tənzimləyici orqan “Ofwat” tərəfindən indiyədək verilmiş ən böyük cərimədir.
“Ofwat” bildirib ki, bu qərar qurumun ən böyük və ən mürəkkəb araşdırmasından sonra verilib və cərimə müştərilərin deyil, birbaşa şirkət və onun sərmayəçilərinin hesabına ödəniləcək. Cərimənin 104,5 milyon funt sterlinqlik hissəsi kanalizasiya fəaliyyəti ilə bağlı qayda pozuntularına görə, 18,2 milyon funt sterlinqlik hissəsi isə səhmdarlara edilən dividendlərlə bağlı pozuntulara görə tətbiq olunub. Bu, “Ofwat”ın bir su şirkətini dividendlərlə bağlı cərimələdiyi ilk haldır.
Qeyd edək ki, “Thames Water” son illərdə dəfələrlə kanalizasiya sızmaları və tullantı axıtmalarına görə ictimaiyyətin kəskin tənqidinə məruz qalıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 28 May 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















