Britaniya Ukraynaya 600 milyon funt sterlinq məbləğində hərbi yardım ayırıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün 600 milyon funt sterlinq həcmində yeni yardım paketi ayırdığını açıqlayıb.
APA “Sky News“a istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Qili bu qərarı Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun (Ramşteyn formatı) iclasının açılışında elan edib.
Nazir bu təşəbbüsü Ukraynanın hava hücumundan müdafiəsinə yönəlmiş ən böyük birillik investisiya kimi qiymətləndirib.
“Yalnız son iki ay ərzində 20 min dron və raket hücumu həyata keçirilib. Buna görə də biz addımlarımızı gücləndirməliyik. Putinə təzyiq göstərmək üçün fəaliyyətimizi artırmalıyıq”, — nazir bildirib.
Onun sözlərinə görə, əsas məqsəd qış aylarında Ukrayna əhalisinin təhlükəsizliyini təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Dekabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















