Britaniya Ukraynaya 55 milyon funt sterlinq dəstək paketi ayırıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London, 5 fevral, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə səfəri zamanı Ukraynanın dayanıqlığını gücləndirmək məqsədilə Britaniya hökumətinin 55 milyon funt sterlinq (69 milyon dollar) məbləğində dəstək paketini elan edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, nazir Böyük Britaniyanın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb.
Dəstək çərçivəsində Böyük Britaniya Ukraynada dayanıqlı enerji layihələrinə 17 milyon funt sterlinq ayıracaq. Bu addım Rusiyanın kritik infrastruktura hücumlarının vurduğu ziyanı bərpa etmək üçün atılıb.
Bundan əlavə, Böyük Britaniya Ukraynanın taxıl və digər ərzaq məhsullarının Suriyaya göndərilməsi üçün əlavə 3 milyon funt sterlinq ayıracaq. Bu, Əsəd rejiminin süqutundan sonra Suriyada yaranmış çətinliklərin həllinə dəstək məqsədi daşıyır. Bu addımlar Böyük Britaniya və Ukraynanın ötən ay imzaladığı 100 illik tərəfdaşlıq sazişindən sonra atılan növbəti mühüm addım hesab olunur. Razılaşmaya görə, iki ölkə arasında əməkdaşlıq növbəti əsrə qədər davam edəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















