Britaniya və Aİ arasında müdafiə sazişi imzalana bilər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 22 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı ilə post-Brexit dövründə mühüm müdafiə sazişi imzalamağa yaxındır.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, yeni razılaşmaya əsasən, Britaniya silah istehsalçıları Avropa müttəfiqlərinə milyardlarla funt sterlinq dəyərində silah satışı üçün Aİ-nin tenderlərinə qatılmaq hüququ qazanacaqlar. Saziş Avropa Komissiyasının təqdim etdiyi 150 milyard avroluq yeni müdafiə fondunu əhatə edir və bu fond çərçivəsində Aİ ölkələri artıq ABŞ deyil, daha çox Avropa istehsalçılarını dəstəkləməyi planlaşdırır.
Bu razılaşma Britaniyanın Aİ-yə öz balıqçılıq sularına çıxışla bağlı böyük güzəştə getməsi fonunda əldə olunub. Tənqidçilər bu addımı “Brexit”ə xəyanət kimi qiymətləndiriblər.
Qeyd edək ki, Aİ ötən ay “Readiness 2030” adlı yeni təhlükəsizlik strategiyasını açıqlayıb. Strategiya Avropanın ABŞ-dan müdafiə sahəsindəki asılılığını azaltmağı və büdcə qaydalarını yumşaldaraq Aİ daxilində müdafiə texnikasının satınalmasını genişləndirməyi nəzərdə tutur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 Aprel 2025 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















