Icma.az
close
up
RU
Britaniyada Daxili İşlər Nazirliyi sığınacaq hotellərinə milyardlarla funt israf edib

Britaniyada Daxili İşlər Nazirliyi sığınacaq hotellərinə milyardlarla funt israf edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

London, 27 oktyabr, AZƏRTAC

Böyük Britaniya Parlamentinin Daxili işlər komitəsinin hesabatına əsasən, Daxili İşlər Nazirliyi sığınacaq axtaranların yerləşdirilməsi üçün nəzərdə tutulan hotellərə milyardlarla funt məbləğində vergi ödəyicilərinin pulunu “israf edib”.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hesabatda qüsurlu müqavilələr və səriştəsiz icra nəticəsində Nnzirliyin tələbatdakı artımla bacara bilmədiyi və hotelləri müvəqqəti həll kimi deyil, əsas yerləşdirmə vasitəsi kimi istifadə etdiyi bildirilib. Deputatların qiymətləndirməsinə görə, gözlənilən xərclər üç dəfə artaraq 15 milyard funtu keçib, artıq mənfəətlərin geri qaytarılması istiqamətində isə lazımi addımlar atılmayıb.

Hazırda hökumət tərəfindən yerləşdirilən təxminən 103 min sığınacaq axtarandan 32 mindən çoxu, yəni üçdə biri 210 hoteldə qalır. Sığınacaq yerləşdirmə sistemi hazırda 2019-cu ildə əvvəlki hökumət tərəfindən özəl şirkətlərlə imzalanmış və 2029-cu ilə qədər qüvvədə olacaq regional müqavilələr əsasında həyata keçirilir. Bu müqavilələrdə tələb artdıqda ehtiyat yerləşdirmə, əsasən hotellərdən istifadə nəzərdə tutulsa da, bunun yalnız qısamüddətli həll kimi tətbiq ediləcəyi qeyd olunur. Komitə vurğulayıb ki, Mühafizəkarlar hökuməti dövründə bağlanan müqavilələrdə ciddi çatışmazlıqlar olub və nəzarətin zəifliyi səbəbindən bu problemlər uzun müddət nəzərdən qaçıb və aradan qaldırılmayıb.

Hesabata görə, 2019-2029-cu illəri əhatə edən hotel müqavilələrinin dəyəri 4,5 milyard funtdan 15,3 milyard funta yüksəlib. İki yerləşdirmə şirkəti isə hələ də nazirliyə milyonlarla funt artıq gəliri qaytarmayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri