Britaniyada Mühafizəkarlar partiyası 16 yaşdan aşağı şəxslər üçün sosial mediaya qadağa təklif edir
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Britaniyada Mühafizəkarlar partiyası hakimiyyətə gələrsə, 16 yaşdan aşağı şəxslərin sosial media platformalarına çıxışını qadağan etməyi planlaşdırır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, partiya bu addımı belə bir məhdudiyyəti ilk tətbiq edən ölkə olan Avstraliyanın təcrübəsinə əsaslanaraq atmaq niyyətindədir. Mühafizəkarların lideri Kemi Badenok bildirib ki, partiyası hökumətdə olarsa, məktəblərdə smartfonlardan istifadə də qadağan ediləcək. Onun sözlərinə görə, yaş məhdudiyyəti uşaqları qorumaqla yanaşı, böyüklərin seçim azadlığını da saxlayacaq.
Qeyd edək ki, Avstraliyada 16 yaşdan aşağı şəxslərin əsas sosial media platformalarından istifadəsinə qadağa qoyulmasından artıq bir ay keçir. Mühafizəkarlar hesab edirlər ki, oxşar tədbirlər uşaqların psixi sağlamlığının və təhsilinin qorunmasına, eləcə də onlayn mühitdə zərərli məzmunun qarşısının alınmasına kömək edəcək. Partiya “TikTok” və “Snapchat” daxil olmaqla, sosial media şirkətlərinin yaşın təsdiqlənməsi üçün xüsusi mexanizmlər tətbiq etməsini istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 11 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















