Britaniyada partiya liderini öldürməklə hədələyən miqrant 5 il müddətinə həbs edilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
London, 15 oktyabr, AZƏRTAC
Kiçik qayıqla Böyük Britaniyaya gələn Əfqanıstan vətəndaşı Fayaz Xan Reform UK partiyasının lideri Naycel Farajı öldürməklə hədələdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 26 yaşlı Fayaz Xan “TikTok”da paylaşdığı videoda silah səsini təqlid edərək Naycel Farajı öldürəcəyini deyib. O, Soutvark Kral Məhkəməsində keçirilən məhkəmə prosesi nəticəsində 5 il həbs cəzasına məhkum edilib.
Məhkəmədə bildirilib ki, F.Xan Böyük Britaniyaya qanunsuz şəkildə daxil olduqdan sonra hökumət orqanlarına saxta ad təqdim edib. O, bundan əvvəl İsveçdə 17 cinayətə görə məhkum olunub, bu cinayətlər arasında bıçaq gəzdirmək və hədələyici davranış da var.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:106
Bu xəbər 15 Oktyabr 2025 03:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















