İsraildə Netanyahunu öldürməklə hədələyən şəxs həbs edilib
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrailin Kiryat Qat şəhərində polis bölməsinə daxil olaraq baş nazir Benyamin Netanyahunu öldürməklə hədələyən şəxs həbs edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Nəşrin məlumatına görə, 40 yaşlı kişi bazar ertəsi axşam yəhudilərin yeni ili Roş-Haşana bayramına az qalmış yerli polis idarəsinə daxil olub.
"Şübhəli şəxs polislərə, odlu silah alıb, baş nazirə üç dəfə atəş açmağı planlaşdırdığını bildirib", — polis açıqlama verib.
Həmin şəxs saxlanılıb və hazırda həbsdədir. Cümə axşamı günü ona qarşı ittiham irəli sürüləcək və məhkəmənin yekunu olana qədər həbsdə saxlanılacaq.
Məryəm Quliyeva
Baxış sayı:142
Bu xəbər 25 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















