Britaniyada Şok OLAY: polis cinayətkarı yox, öləni qandalladı VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Böyük Britaniyada tələbə Henri Novakın ölümü ilə bağlı qalmaqal yaşanır.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 18 yaşlı tələbə Henri Novak 2025-ci ilin dekabrında bıçaq xəsarətləri nəticəsində həyatını itirib.
Henri Novak məclisdən sonra evə qayıdarkən küçələrin birində cinayətkarla qarşılaşıb. Bildirilir ki, qısa mübahisədən sonra qarşı tərəf təxminən 21 santimetr uzunluğunda bıçaq çıxararaq tələbəyə zərbə endirib. Novak bir müddət sonra vəfat edib.
Lakin hadisənin qalmaqallı detalları yalnız indi üzə çıxıb. Qatilə hökm oxunan gün Britaniya polisi Novakın həyatının son anlarını əks etdirən videogörüntüləri yayımlayıb. Kadrlarda ölümcül yaralanmış gəncin polis əməkdaşları tərəfindən qandallanaraq saxlanıldığı görünür.
Videoda görünür ki, Sauthempton şəhərində çağırış üzrə hadisə yerinə gələn polis əməkdaşları əvvəlcə özünü zərərçəkən kimi təqdim edən cinayətkarla danışır, daha sonra yerdə uzanan Novaka yaxınlaşaraq ona bir neçə sual verməyə çalışırlar və ardınca qoluna qandal taxırlar.
Tələbə polislərə dəfələrlə “Mən nəfəs ala bilmirəm” və “Məni bıçaqlayıblar” söyləyir. Buna cavab olaraq polis əməkdaşlarından biri “Düşünmürəm səni bıçaqlayıblar, dostum” deyə cavab verir.
KİV-lərin yazdığına görə, əsl cinayətkar tələbəni özünə hücum etməkdə ittiham edib. Polis isə, iddialara əsasən, gəncin aldığı yaraya baxmayaraq onun deyil, həmin şəxsin sözlərinə inanıb.
Videonun yayımlanmasından sonra sağ müxalif “Reform UK” partiyasının lideri Niqel Faraq ölkədə ağdərililərə qarşı real irqçilik olduğunu bəyan edib. Sağ-mühafizəkar dairələrdə isə bu hadisə ABŞ-da polis saxlanılması zamanı öldürülən Corc Floyd işi ilə müqayisə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 03 İyun 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















