Britaniyada teleaparıcı miqrantlara edilən güzəştlərdən qəzəbləndi, studiyanı tərk etdi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniyanın "GB News" telekanalının aparıcısı Mişel Dyuberri efirdə miqrantlar üçün nəzərdə tutulan güzəştlərin siyahısını oxuyub və studiyanı tərk edib.
Oxu.Az-ın "Daily Express" nəşrinə istinadən verdiyi xəbərə görə, jurnalist Britaniya hökumətinin onlara verdiyi imtiyazların çoxluğundan qəzəblənib.
Efirdə Dyuberri deyib ki, miqrantlar dövlətdən verilən qida və mənzildən əlavə, pulsuz olaraq dişlərini müalicə etdirə və oftalmoloqa müraciət edə bilərlər. Bundan əlavə, onun sözlərinə görə, qaçqınlar yemək bişirməyi və üzməyi ödənişsiz əsasda öyrənə bilərlər.
"İnanılmazdır və bu, son deyil! Buraya gələndə pulsuz mobil telefon... Onların həyatı mənimkindən yaxşıdır. Mən gedirəm. Əlvida!", - deyə aparıcı vurğulayıb və studiyanı tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 18 Avqust 2025 06:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















