Britaniyalı bloqer Lənkəranda nəyə heyrətləndi? VİDEO
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mən indicə sübut etdim ki, Azərbaycan dünyanın ən təhlükəsiz, qonaqpərvər ölkələrindən biridir".
Moderator.az Baku TV-yə istinadən bildirir ki, bu sözləri məşhur səyahət bloqeri Harri Caqqard deyib.
O, Lənkəranda başına gələn bir hadisə ilə bağlı paylaşım edib.
"Mənim pulqabımda xeyli pul var idi. İstirahət mərkəzində də çoxlu müştəri olub. Amma heç kəs çantama toxunmayıb. Çantamı götürəndən sonra restoranda işləyənlərə təşəkkür olaraq bəxşiş vermək istədim. Amma işçilər bunu da qəbul etmədilər.
"Bu bizim borcumuzdur" dedilər", - Harri Caqqard söyləyib. Məsələ ilə bağlı danışan istirahət mərkəzinin administratoru Samir Məmmədov bildirib ki, stolun üstündə unudulan çanta anında müşahidə kamerasının nəzarətində olan şkafa yerləşdirilib:
"İki saatdan sonra həmin qonaq gəlib çantasını götürdü, içini açdı və gördü ki, əşyaları, pulu yerindədir. Bunun müqabilində işçilərimizə pul təklif etdi, amma onlar pulu götürmədilər. Məqsədimiz buraya gələn hər bir qonağın rahat istirahət etməsini, Lənkəran çayının dadına baxıb gözəl mənzərədən zövq almasını təmin etməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Sentyabr 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















