Lənkəranda bazar yandı VİDEO
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bazar ərazisində meyvə-tərəvəz satışı həyata keçirilən mağazada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 9kv.m. olan mağazanın talvar hissəsi 5kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bazar ərazsinidə yerləşən bitişik obyektlər yanğından mühafizə olunub.
Baxış sayı:136
Bu xəbər 20 Yanvar 2025 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















