Icma.az
close
up
RU
Britaniyalı general İrəvandan nələr yazdı: Qədim türk yurdu...

Britaniyalı general İrəvandan nələr yazdı: Qədim türk yurdu...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Britaniya ordusunun general-leytenantı, diplomat və coğrafiyaşünas Uilyam Monteitin "Journal of the Royal Asiatic Society" jurnalının 1848-ci il buraxılşının 9-cu cildində dərc edilən "Azərbaycanın və ona bitişik əyalətlərin bəzi hissələrinin coğrafi vəziyyəti haqqında qeydlər" adlı məqaləsini təqdim edirəm.

Uilyam Monteit bu məqaləsində İrəvanı tarixi və coğrafi Azərbaycanın bir hissəsi kimi təqdim edir.

O yazır ki, İrəvan Araz çayının hər iki sahilini əhatə edən böyük Azərbaycan coğrafiyasının ayrılmaz bir parçasıdır və Təbrizlə Naxçıvan kimi eyni coğrafi və iqlim zonasına daxildir.

O dövrün ingilis mənbələri "Azərbaycan" dedikdə həm Arazdan cənubdakı əraziləri, həm də Arazdan şimaldakı xanlıqlar zonasını (İrəvan, Naxçıvan, Qarabağ və s.) nəzərdə tuturdular. Monteit də İrəvanı bu geniş "Azərbaycan və ona bitişik əyalətlər" kontekstində təsvir edir.

Məqalədə İrəvan düzənliyinin çox isti iqlimə malik olduğu, lakin torpağın münbitliyi və suvarma sistemləri sayəsində bol meyvə, xüsusilə üzüm bağları ilə məşhur olduğu qeyd edilir.

Müəllif rusların bölgəyə gəlişindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin İrəvan və Naxçıvan ərazisinə köçürüldüyünü vurğulayır.

Monteit İrəvan xanlığının (xüsusilə sonuncu xan Hüseynqulu xanın) dövründə əhalinin vəziyyətindən bəhs edərkən yazır:

“Xan güclü bir hərbi qüvvəyə malikdir və əhalinin həm kənd təsərrüfatı, həm də qalanın müdafiəsi ilə məşğul olur. İrəvan əhalisi döyüşkəndir və qala uzun müddət müqavimət göstərib, əhali xana və mövcud quruluşa sadiqdir”.

Monteit İrəvan qalasını təsvir edərkən bildirir ki, şəhərin bazarları və binaları Şərq üslubunda və Azərbaycanın digər hissələrinə bənzər şəkildə tikilib.

Britaniyalı general bölgədəki hakim etnik ünsürü türk tayfaları və ya "Turcomans" adlandırır. O, İrəvan xanlığının hərbi gücünün əsasını bu döyüşkən türk tayfalarının təşkil etdiyini yazır.

Mətnin bəzi yerlərində İrəvan əhalisi üçün "Persians" ifadəsinə rast gəlinir. Müəllif izah edir ki, bu ifadə ancaq Qacarlar dövlətinə təbəəliyi bildirir. Monteit özü də aydınlaşdırır ki, söhbət İran dövlətinin idarəçiliyində olan müsəlman əhalidən gedir, hansı ki, onların böyük əksəriyyəti türkdillilərdir.

Monteit yerli erməniləri ayrıca bir qrup kimi qeyd edir, lakin davam edərək yazır ki, onlar sayca azdırlar və əsasən ticarət və sənətkarlıqla məşğul olurlar.

Müəllif İrəvan xanının qardaşı Həsən xan Sərdar haqqında yazır:

“O, cəsur və qətiyyətli bir liderdir. Yerli əhali Sərdarın rəhbərliyi altında ruslara qarşı son ana qədər döyüşmüşdü”.

General İrəvanı Azərbaycanın qapısı hesab edib:

“Kim İrəvana nəzarət edirsə, bütün Araz vadisinə və Cənubi Azərbaycana gedən yollara nəzarət etmiş olur”.

Tam məqaləni BURADAN oxuya bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Fevral 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri