Icma.az
close
up
RU
Britaniyanın ağır zərbəsi: kartlar bölüşdürülür Rusiya çətin durumda

Britaniyanın ağır zərbəsi: kartlar bölüşdürülür Rusiya çətin durumda

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Böyük Britaniyanın Rusiyaya qarşı ən böyük sanksiyalar paketini elan etməsi dünya mediasında gündəm olub. Ekspertlərin fikrincə, bu, 16-cı belə cəhd olsa da, Rusiya hələ də tab gətirir. Hətta rusiyalı iqtisadçılar iddia edirlər ki, bu cür sanksiyalar ölkəni daha da gücləndirir, nəinki zəiflədir. Digər tərəfdən, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov ötən gün bəzi xarici şirkətlərin ölkəyə qayıtmaq perspektivlərini araşdırdığını açıqlayıb.

Rusiya iqtisadi sanksiyalardan necə yan keçə bilir?

Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, sanksiyalar Rusiyaya inanılmaz dərəcədə mənfi təsir edir:

“Əslində, iqtisadçılar, investorlar, maliyyə təhlilçiləri bu gün Rusiyanın hansı vəziyyətdə olduğunu anlayırlar. Sanksiyalara görə ölkədə istehsal, emal sahəsində ciddi problemlər var, insanların həyat şəraiti həddindən artıq pisləşib. Müxtəlif ölkələrdən Rusiyaya ticarət etməyə gedənlərin buranı tərk etməsi, Rusiya vətəndaşlarının alıcılıq qabiliyyətinin 5 il əvvəllə müqayisədə aşağı düşməsi sadə göstərici deyil. Rəsmi Moskva bunu etiraf edə bilməz. Hazırkı vəziyyətdə isə ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həllinə dair olan planları qlobal iqtisadiyyatda dalğalanmaları gücləndirib. Çünki qeyri-müəyyənliklər artıb. Bir zamanlar Rusiyaya qarşı olan ittihamları indi Vaşinqton hökuməti Kiyevə yönləndirib”.

Eldəniz Əmirov

E.Əmirov bildirib ki, dünyada iqtisadi maraqlar ideologiyadan, mənəvi dəyərlərdən, demokratiyadan belə yuxarıdadır:

“Bu konteksdə, sanksiyalar götürülərsə, müəyyən ABŞ şirkətlərinin Rusiyada yenidən fəaliyyətə başlaması mümkündür. Amma Avropa İttifaqı (Aİ) ölkələrindən bu cür yanaşma gözləmirəm. Onlar bu gün ciddi seçim qarşısındadırlar. Öz gələcəkləri ilə bağlı risklərin olduğunu düşünürlər. Mövcud ordusunun yetərsiz olması, hətta silah-sursatın alınması mümkün olsa belə Avropa əhalisində vətənpərvərlik duyğularının yoxa çıxması müəyyən problemlər yaradır. Bir il sonra istər iqtisadi, istərsə də siyasi baxımdan vəziyyətin necə olacağı ilə bağlı fikir söyləmək mümkün deyil. Hazırda kartların bir yerə yığılaraq bölüşdürülməsi prosesinə hazırlıq gedir. Hansı kart harada olacaq onu zaman göstərəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Fevral 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri