Icma.az
close
up
RU
Broyler toyuğu yemək kişiləri qadınlaşdırır? Yayılan iddialara elmi cavab

Broyler toyuğu yemək kişiləri qadınlaşdırır? Yayılan iddialara elmi cavab

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər sosial mediada geniş yayılan “toyuq kişiləri qadınlaşdırır” iddialarına mütəxəssislər qəti cavab veriblər.

Urologiya, endokrinologiya və qida təhlükəsizliyi üzrə mütəxəssislər bu məlumatların heç bir elmi əsası olmadığını bildirirlər.

Onların sözlərinə görə, toyuq ətində hormonlardan istifadə texniki, hüquqi və iqtisadi baxımdan həm mümkün deyil, həm də qadağandır.

Qida mühəndisi: "Hormonlar texniki cəhətdən mümkün deyil"

Qida mühəndisi Ebru Akdağ qeyd edir ki, Türkiyədə və dünyanın bir çox ölkəsində toyuq ətində hormonlardan istifadə qanunla qadağandır. Üstəlik, indiyə qədər bu istiqamətdə heç bir rəsmi məlumat qeydə alınmayıb. Akdağ bildirir ki, hormon istifadəsi texniki və iqtisadi baxımdan da qeyri-real və sərfəsizdir. Çünki toyuqlar çox qısa müddətə – cinsi yetkinliyə çatmadan, yəni 6-9 həftəyə kəsimə göndərilir. Bu müddət ərzində hormonun təsir etməsi biologiya baxımından qeyri-mümkündür.

O, əlavə edir ki, bəzi insanlar mal-qarada istifadə olunan böyümə hormonları ilə toyuq istehsalını səhv salır. Halbuki, bu implantların toyuqlara heç bir fizioloji təsiri yoxdur.

Uroloq: "Toyuq kişiləri qadınlaşdırmır"

Urologiya üzrə mütəxəssis Prof. Dr. Cüneyt Adayener isə bildirir ki, toyuq ətində estrogen hormonu yoxdur və bunun kişilərdə hormon səviyyəsini dəyişdirməsi mümkün deyil. Adayener qeyd edir ki, bəzi qeyri-qanuni müəssisələr hormon istifadəsinə yol verə bilər, lakin bu, ciddi dozada belə insan bədənində hormonal balansı dəyişə biləcək səviyyədə deyil.

Əsas tövsiyə: Etibarlı mənbədən toyuq alın

Mütəxəssislər vurğulayırlar ki, istənilən qida məhsulunda olduğu kimi, toyuq ətində də təhlükəsizlik üçün etibarlı və nəzarətli brendlərdən alış-veriş edilməlidir. Sosial şəbəkələrdə yayılan şayiələrə deyil, elmi faktlara güvənmək lazımdır. Hal-hazırda bu iddiaları dəstəkləyən hər hansı sübut yoxdur.//E-saglam.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri