Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Broyler toyuğu insan orqanizminə zərərlidir? AÇIQLAMA

Broyler toyuğu insan orqanizminə zərərlidir? AÇIQLAMA

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Son günlər bəzi mənbələrdə yenidən broyler toyuqlarının ətində təhlükəli maddələrin olması, onların bəslənməsində hormonlar və digər zərərli maddələrdən istifadə edilməsi barədə məlumatlar yer almaqdadır.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Metbuat.az-a qida sahəsində mütəxəssis olan üzvü Yusif Həkimin dünyada broyler toyuqlarına dair qeyd edilən iddialarla bağlı araşdırma nəticəsi olan rəyini təqdim edib.

Həmin rəylə sizi tanış edirik:

- Broyler toyuğu xüsusilə ət üçün yetişdirilir (Gallus gallus domesticus). “Broyler” sözünün mənası qızartma üçün əti yumşaq olan cavan toyuq deməkdir. Cornish və Plymouth Rock cinslərinin qarışığından əmələ gəlib. Ümumiyyətlə, toyuğun əhliləşdirilməsi eramızdan əvvəl 2100 – 2500 – cü illərə təsadüf edir. Qırmızı cəngəllik quşu Gallus gallusun alt növü olan yumurta tipli toyuqların cütləşməsi nəticəsində əldə edilir. İlk hibrid broyler toyuqları (broyler toyuqları) 1930 – cu ildə iri döşlü erkək Cornish və uzun enli ayaqlı ağ dişi Plymouth Rocks toyuqlarını çarpazlaşdırmaqla əldə edilmişdir. Lakin onun ət istehsalı üçün intensiv istifadəsi 1960 – cı illərdən sonra başlamışdır. O vaxtdan bəri damazlıq və seleksiya işləri bu broylerlərin sürətlə inkişaf etməsi və daha çox döş ətinə sahib olması üçün diqqət mərkəzində olmuşdur. Bu elmi araşdırmalar nəticəsində broyler toyuqları 1950 – ci illərdəki toyuqlarla müqayisədə bədən ölçüləri və döş əti baxımından əhəmiyyətli dərəcədə irəliləmişdir. Kəsim üçün ağ tüklü broyler toyuqları 1973 – cü ildə Shaver şirkəti tərəfindən yetişdirilmişdir.

Fərqli irqlər və ya eyni irq daxilindəki ayrı – ayrı nəsillər və xətlər kimi müxtəlif genetik quruluşa malik bütün qruplar arasında birləşmələr mələzləmə və ya hibridləşmə, əldə edilən nəsillərə isə mələz və ya hibridlər deyilir. Quşçuluqda çarpaz yetişdirmə valideynlərinin orta göstəricisindən yüksək məhsul verəcək nəsillər (mələzlər) yetişdirmək üçün valideynlərin (damazlıqların) seçilməsi yolu ilə həyata keçirilir. Broyler toyuqlarının məhsuldarlığını artırmaq üçün aparılan damazlıq tədqiqatları sadəcə olaraq müxtəlif toyuq cinslərində və onlardan alınan təmiz cinslərdə seleksiya və çarpazlaşmaya əsaslanır.

Toyuqların inkişafındakı bu yaxşılaşmanın 85 faizi toyuq cinslərinin təbii genetik quruluşu və yetişdirmə (seleksiya, çarpazlaşma və s.) tədqiqatları ilə bağlıdır. Qalan 15 faiz irəliləyiş isə düzgün bəslənmə, keyfiyyətli yem istehsalı, xəstəliklərə qarşı effektiv mübarizə, düzgün gigiyena və biotəhlükəsizlik qaydalarına riayət edilməsi, toyuqların yaxşı inkişaf edə biləcəyi quşçuluq fermalarına qulluq nəticəsində əldə edilir. Yəni hər şey təbii şəkildə təmin edilir və toyuqlara heç bir genetik modifikasiya və ya əlavə böyümə agentlərinin tətbiqi yoxdur.

Ticari olaraq ROSS 308, ROSS 708, COBB 500, HUBBARD və.s cinslər mövcuddur. Ölkəmizdə əsasən ROSS 308 və COBB 500 cinsləri yetişdirilir.

Broyler toyuq yetişdirilməsi heç də asan proses deyil. İlkin istehsala, yəni ana sürüsündən tutmuş toyuğların yetişdirilməsi proseslərinin hər birində ciddi nəzarət həyata keçirilməlidir. Sağlam cücə, balanslaşdırılmış yem, fermaların dizaynı, havalandırma, işıqlandırma, istilik, altlıq, istifadə edilən su, biotəhlükəsizlik və.s parametrlər dəqiq, keyfiyyətli və vaxtında həyata keçirilməlidir.

Toyuqlara tez böyüməsi üçün hormon verilirmi? Müxtəlif vəz və hüceyrələrin ifraz etdiyi hormonlar, böyümə, metabolik hadisələrin tənzimlənməsi, cinsi xüsusiyyətləri və s. funksiyaları idarə edən və həddindən artıq olduqda və ya çatışmazlığında anormallıqlara səbəb olan bioloji maddələrdir. Keçmişdə Testosteron, Dietilstilbesterol və bəzi digər böyümə hormonları kimi cinsi hormonlar 1960 – cı illərdə tədqiqat səviyyəsində broyler toyuqlarında sınaqdan keçirilmiş, lakin uğurlu nəticələr əldə edilməmişdir. ABŞ – da FDA bunu 1960 – cı ildə qadağan etmişdir. Onun istifadəsi ölkəmizdə, Türkiyədə, Avropa İttifaqında və bütün dünyada qadağandır.

Hormonlar zülal və steroid hormonlar olmaqla iki qrupa bölünür. Ev quşlarında təsdiqlənmiş steroid hormonları yoxdur. Protein hormonları (böyümə hormonu və insulin və s.) həzm sistemində parçalanır və ağızdan qəbul edildikdə öz təsirini itirir. Doğuşa nəzarət həbləri (estrogen, progesteron və testosteron, eləcə də sintetik hormonlar (trenbolon asetat və zeranol)) kimi steroid hormonlarına ABŞ – da ətlik mal – qarada yalnız qulaq arxası implantlar kimi istifadəyə icazə verilir. Ənənəvi broyler toyuq istehsalında dünyada təsdiqlənmiş və istehsal olunmuş belə implant yoxdur və hazırkı istehsal şəraitində onsuz da qısa böyümə müddəti və istehsal

intensivliyi və sayı nəzərə alınmaqla onun toyuqlara tətbiqi mümkün deyil. Keçmişdən indiyə kimi quşçuluqda heç bir hormonun istifadə edilmədiyini, yemə və suya əlavə edilməsində təsirli olmadığı üçün istifadə etməyə ehtiyac olmadığını dəqiq və birmənalı bilməkdə fayda var.

Toyuqlara antibiotik verilirmi? Antibiotiklər göbələklər tərəfindən istehsal olunan təbii metabolitlərdir və bakteriyaların böyüməsinin qarşısını alır. Xəstə toyuqlar və sürülər üçün, baytar həkim resept yazsa, terapevtik istifadə mümkündür. Terapevtik istifadədə antibiotikin xaric olma müddəti nəzərə alınır, antibiotik istifadə olunduğu müddətdə heyvanlar kəsilmir və yalnız müalicədən sonra qanuni təmizlənmə müddətindən sonra bazara çıxarılmaq üçün kəsimə verilir. Kiçik dozalarda yemə antibiotiklərin əlavə edilməsi ilə quşçuluqda təkmilləşdirilmiş performans aşkar edildikdən sonra bu birləşmələr illərlə böyümə faktoru kimi, xüsusən də broyler istehsalında istifadə edilmişdir. Ancaq bakteriyaların müqavimət inkişaf etdirə biləcəyi və bu müqaviməti bakteriyalara ötürə biləcəyi müəyyən edildikdən sonra artan narahatlıqlar nəticəsində bu məqsədlə istifadə edilən böyümə faktoru antibiotikləri 1998 – ci ildə Avropa Birliyində qadağan olunmağa başladı və sonra 2006 – cı ildə Avilamisin və Flavomisin qadağası ilə quşçuluqda böyümə faktoru antibiotiklərinin istifadəsi sona çatdı. Buna görə də 2006 – cı ildən broyler toyuq əti istehsalında böyümə faktoru antibiotiklərindən istifadə edilmir.

Broyler toyuqların yemində GMO varmı? Bəli, broyler toyuqlarının yemində əhəmiyyətli miqdarda (təxminən 30 faiz) soya və onun məhsulları var və bu soya da GMO – dur. Genetik Modifikasiya edilmiş Orqanizm (GMO) müasir biotexnologiya metodlarından istifadə etməklə genetik strukturları təkmilləşdirilmiş bitki, heyvan və ya mikroorqanizmləri ifadə etmək üçün istifadə

olunur. Xüsusilə bitkiçilikdə genetik modifikasiyadan intensiv istifadə olunur və bu istehsal nəticəsində əldə edilən materialın mühüm hissəsi heyvan yemi kimi qiymətləndirilir.Bütün dünyada quşçuluq istehsalının əvəzedilməz yemi olan soya istehsalı (ticarətə verilən soyanın 95 faizi GMO – dur) ölkəmizdə yetərincə olmadığından ehtiyac idxal hesabına ödənilir. Aİ ölkələrində 58 GMO risk analizlərindən keçərək insan qidası və heyvan yemi kimi istifadə olunmaq üçün idxal icazəsi alıb və təxminən 28 milyon ton soya və 6 milyon ton qarğıdalı qlüteni idxal edilir. Ölkəmizə qarğıdalı və soya da daxil olmaqla GMO məhsul səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş, yalnız yem kimi idxal olunur və onların əksəriyyəti quşçuluq istehsalında istifadə olunur.

Əgər GMO yemlərdən heyvan yemi kimi istifadə edilirsə, sağlam olub – olmaması, genlərinin və zərrəciklərinin toyuq ətinə keçib – keçməməsi insanlarımızı maraqlandıran mövzulardandır. Yemə tətbiq edilən fiziki proseslərdən başqa, heyvanın istehlak etdiyi DNT çeynəmə və həzm sistemi boyunca davam edən fermentativ həzm və turşu hidrolizi ilə sürətlə kiçik parçalara parçalanır. DNT istehlakı ilə əlaqədar olaraq, həm Ümumdünya Səhiyyə Təşkilatı (1993), həm də ABŞ Qida və Dərman İdarəsi (FDA) DNT istehlakının, o cümlədən GMO məhsullarından DNT istehlakının risk yaratmadığı qənaətinə gəlib. EFSA tərəfindən 20 iyul 2007 – ci il tarixdə hazırlanmış “Ət, süd və yumurtada rekombinant DNT və ya zülalların taleyi” mövzusunda hesabatda GMO bitkiləri ilə qidalanan broylerlər, inəklər, donuzlar və ya bildirçinlər kimi kənd təsərrüfatı heyvanlarının toxumalarında, mayelərində və ya südündə GMO hissəcikləri və ya zülalları tapılmadığı bildirilir. Aeschbacher və başqalarının (2005) broyler və yumurtlayan toyuqlar üzərində apardıqları araşdırmanın nəticələri də rekombinant

DNT və onun hissəciklərinin toyuq ətinə və yumurtasına keçmədiyini ortaya qoydu. Eyni tapıntılar mövzu ilə bağlı bir çox tədqiqatda təsdiqlənmişdir.

Beləliklə, broyler toyuğunun ziyanlı olmasını söyləmək yanlışdır. Təhlükəsiz, halal toyuqları yemək lazımdır. Halal və Tayyiblik prinsipi kəsimdən əvvəlki prosesləri (bəsləndiyi yem), kəsim prosesini (əl ilə kəsim, stressdən azad olma və.s) və kəsimdən sonra prosesləri (qan süzülmə, tərəzi faktorları və.s) əhatə etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 Yanvar 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri