Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Brüssel çirkin oyunlara “evsahibliyi” edir

Brüssel çirkin oyunlara “evsahibliyi” edir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqının ofisi necə Ermənistan ordusunun “qərargah”ına çevrilir?

Ermənistana Avropa Sülh Fondu vasitəsilə daha 10 milyon avro ayırmaq barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Aİ Şurasına yazılı təklifinin ardınca rəsmi İrəvan ölkənin Aİ-dəki nümayəndəliyinə müdafiə məsələləri üzrə attaşe təyin etmək qərarına gəlib. Bu barədə məlumat verən hay mediası hökumətin qərarından çıxarışı da dərc edib: “Hökumət “diplomatik xidmət haqqında” qanunu rəhbər tutaraq, Ermənistanın Avropa İttifaqında, eləcə də Belçikadakı nümayəndəliyinə respublikanın hərbi attaşesinin təyin edilməsi barədə qərar qəbul edir”.

Məlum olur ki, Ermənistanın hərbi attaşesi onun NATO missiyası çərçivəsində fəaliyət göstərir, iqamətgahı Belçika Krallığında, Brüsseldə yerləşir. Bu səbəbdən mövcud qanun, eyni zamanda, İrəvanın NATO və Belçika Krallığına da hərbi attaşe “təyin etməsini” nəzərdə tutur. Paşinyan hökumətinin bu yeni layihəsinin əsaslandırmasında deyilir ki, qərar Ermənistanın Aİ və Belçika ilə müdafiə sektorunda əməkdaşlığının intensivləşdirilməsi ilə əlaqədar qəbul edilib.

Rəsmi açıqlamada o da vurğulanır ki, Avropa Sülh Fondu çərçivəsində Ermənistana göstərilən dəstək, respublikanın Aİ böhranlarının idarə olunması missiyalarında iştirakı ilə bağlı çərçivə sazişi üzrə danışıqlara başlanması, o cümlədən Ermənistanın Aİ ilə tərəfdaşlığının yeni gündəliyində “təhlükəsizlik və müdafiə komponentinin əhəmiyyətli dərəcədə genişləndirilməsi” qurumla hərbi əməkdaşlığın daha da inkişafı üçün “əlverişli şərait” yaradıb.

* * *

Aydın məsələdir ki, belə bir qərar İrəvanda deyil, Brüsseldə qəbul edilib. Ermənistanı militarizmə sürükləyən, Aİ-nin anti–Azərbaycan bəyanatlarına həmmüəlliflik edən Fransanın olduğu Bakıya çoxdan məlumdur. Emmanuel Makron iqtidarının 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi reallıqla barışmaq istəmədiyi, Azərbaycanın nüfuzunun əsaslı şəkildə artmasından narazı olduğu, Ermənistanı silahlandırmağa davam etdiyi təzə xəbər deyil. Gürcüstanda və Azərbaycanda mövqelərini itirmiş Aİ-nin bunun əvəzini Ermənistana maliyyə yardımları ayırmaqla çıxmağa çalışdığı da hamıya bəllidir. Bir il bundan əvvəl sülh danışıqlarında vasitəçilik missiyasını icra edən, “bölgədə sabitliyin və əməkdaşlığın təşviqinə töhfələr verməsi” ilə öyünən Brüsselin indi Parisin “dirijor çubuğu” ilə hərəkət etməsi, az qala Ermənistanın Avropadakı “forpostu”na çevrilməsi göz qabağındadır. Ermənistanın Aİ tərəfindən silahlandırılmasının heç bir halda sülh gündəliyinə xidmət etmədiyi barədə dəfələrlə yazmışıq. Rəsmi Bakı səlibçi “kollektiv Qərb”in nəzərinə onu da qəti şəkildə çatdırıb ki, Fransadan və Hindistandan Ermənistana göndərilən yeni silahların iki ölkə arasındakı şərti sərhədə yaxın bölgələrdə yerləşdirilməsi sonda həmin ərazini Azərbaycan Ordusunun legitim hədəfinə çevirə bilər. Bu zaman İrəvan Aİ ilə hərbi sahədə əməkdaşlığın “yeni sistematik mərhələyə çıxmasına” da bel bağlamasın. Ermənistanın militarizasiyaya sürüklənməsi, Brüsseldə daimi hərbi attaşe postunun yaradılması, o cümlədən Aİ mülki müşahidə missiyasının mandatının iki il müddətinə uzadılması Parisdə tərtib edilən siyasi taktikanın ayrı-ayrı elementləri sayılmalıdır. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib ki, şərti sərhədin o üzündə avropalıların “binokllu dipolmatlarına”, alman-fransız kəşfiyyatçıların fəaliyyətinə ehtiyac duymur.

Belə məlum olur ki, “Qoca qitə”nin ən ali təşkilatının ofisi Ermənistan ordusunun “qərargahı”na çevrilir. Bu xarakterli fəaliyyətin regionda sülhün əldə olunmasına deyil, əksinə, münaqişənin yenidən alovlandırılması kimi məkrli niyyətlərə xidmət etdiyi şübhə doğurmur. Üstəlik, Aİ missiyasının şübhəli davranışından Ermənistanla həmsərhəd ölkələr – Rusiya və İran narazılıqlarını açıq və rəsmi formada bildiriblər.

* * *

Ermənistan işğal etdiyi torpaqlarımızdan məğlub durumda qovuldu, Qarabağdakı separatçı rejimə son qoyuldu, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi və bundan sonra İrəvana sülh və barışıq əlini uzatdı. Amma bu xoş niyyətli jestin qarşılığında Hayastan rəhbərliyi nə etdi? Kənar təzyiqlərin nəticəsində Bakının sülh təklifinə etinasız yanaşdı, bu azmış kimi, yenə xaricdəki “bacıları”nın diktəsi ilə revanş xəyallarına qapıldı. Sülh danışıqlarında ikiüzlü davranışları ilə Bakının səbir kasasını daşırmağa yaxınlaşan Ermənistanın normalda təcavüzə hazırlaşan dövlət kimi tərksilah olunması məsələsi gündəmə gətirilməli idi ki, Azərbaycan rəhbərliyi bunu İrəvanın diqqətinə çatdırdı. O cümlədən XX əsrdə bunun bariz nümunələrinin olduğunu da xatırlatdı. İkinci dünya müharibəsində məğlubiyyətə uğramış Almaniya və Yaponiyanın müəyyən həddə qədər silahlanmasına məhdudiyyət qoyan həmin Avropa bu gün separatizmi dəstəkləməklə, Ermənistanı silahlandırmaqla məşğuldur.

Görünən odur ki, Ermənistan hökumətinin sülh sazişini imzalamaq fikri yoxdur. Hadisələrin son gedişatı bunu əyani şəkildə ortaya qoyur. İrəvan sülh sazişini imzalamaqdan yayınmaq üçün yeni, danışıqlara aidiyyəti olmayan mövzuları gündəmə gətirir, bəzən də ağlasığmaz bəhanələr uydurur. Gah silahlara nəzarətdən, sərhəddə insidentlərin birgə araşdırılmasından, kommunikasiya xətlərinin hamısının qarşılıqlı formada açılmasından danışır, gah da sülh sazişinin mətnində yer almayan Qarabağ ermənilərinin “tapdanan insan haqlarından”, ya da Bakıda məhkəməsi keçirilən saparatçı rejimin nümayəndələrinin, təqsirləndirilən şəxslərin “tezliklə azadlığa buraxılmasından” dəm vurur. Bu zaman səslənən şərtlərin heç birinin qəbuledilməz olduğunu İrəvan özü də yaxşı bilir.

Məgər Parisdən, Dehlidən hücum silahları tədarük edən ölkənin silahlara nəzarətdən danışmağa haqqı var? Ümumiyyətlə, rəsmi Bakı bu mövzunun heç vaxt müzakirə edilməyəcəyini bildirib. Ən azı ona görə ki, ortada məntiqsizlik var. Deməli, müharibədə məğlub olmuş ölkə qalib tərəfə təklif edir ki, gəl, silahlara bir yerdə nəzarət edək. Görəsən, dünyanın hərb tarixində belə bir hadisə olubmu ki, zəfər çalan uduzanın şərtlərini yerinə yetirsin?

İrəvan hərbi-siyasi elitasının həyasızlığı o həddə çatıb ki, Avropanın ən böyük təşkilatının ofisinə özünün hərbi attaşesini yerləşdirən Ermənistan Azərbaycanın silahlanmasından, ordusunu gücləndirməsindən əndişələndiyini dilə gətirir. Bu məqam isə, necə deyərlər, sözün qurtardığı yerdir...

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri