Icma.az
close
up
RU
Yaxşı, pis, çirkin

Yaxşı, pis, çirkin

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hollivud klassikasından olan “Yaxşı, pis, çirkin” filmini xatırlayaq. Vestern janrının zirvə işlərindən olan həmin filmdə üç fərqli xarakterlə müxtəlif situasiyaların uzlaşması və çarpazlaşması təsvir edilir.

Azərbaycan millisinin Fransa (0:3) və Ukrayna (1:2) məğlubiyyətlərindən sonra yaranmış fikir qarışıqlığının uzlaşma və çarpazlaşmasına obrazlı yanaşsaq, bəlkə yaranmış əndirabadi qarışıqlıqdan nəsə bir xətt çıxara bilək.

Yaxşı – bu obrazda olanların fikri budur ki, AFFA Santuşu təzminat bahasına olsa belə istefaya göndərib yerli məşqçini “sükan arxasına” gətirməklə xarakter göstərdi. Çoxdan atılmalı olan addım gec də olsa atıldı və nəticələrdə olmasa da, mahiyyətdə irəliləyişə nail olunub.

Pis – bu obrazın altında cəmlədiyimiz fikir sahiblərini ortaq bir cümlədə birləşdirmək olar – “Nəticə yoxdursa, yaxşı oyunu nə edirik..”.

Bəli, onlar düşünür ki, Fransaya, Ukraynaya qarşı müdafiədə “oturmaq” doğru deyildi, heç olmasa, 5-6-7-8 və s. sayda hücum eləmək lazım idi.

Çirkin – burada isə fikirlər lap qarışıqdır. Həm yerli məşqçi seçiminə isti yanaşılır, həm AFFA-da günah görülmür, həm görülür, həm çempionatın zəif olmasının millinin səviyyəsinə pis təsir etdiyi vurğulanır, həm klubların müstəqil təşkilat olduğu, buna məcbur olmadığı vurğulanır və s.

Düz nədir?

Düz bu qarışıqlıqdan nəyin yaxşı, nəyin pis və nəyin çirkin olduğunu təhlil etmək, doğru qərarlar verməkdir.

Zaman göstərdi ki, AFFA müstəqil və peşəkar mediaya önəm verəndə ictimai inam/rəğbət/dəstək də ondan yana olur. Ancaq yaxşı qərarları qəbul etmək nə qədər yaxşı olsa da, onun icrası bir o qədər vacibdir. Ən vacibi isə cəld və səhih addımlar atmaqdır.

Müxtəlif obrazların müxtəlif fikir çoxluğunda azmaq təhlükəsi var. AFFA daxildən təmizlənməsə, keçmişdən qalan xunta qüvvələrini təxirəsalınmaz tədbir vacibliyi ilə həndəvərdən uzaqlaşdırmasa, “çevriliş” qaçılmazdır və bunun “xəritəsi” belə hazırdır.

Son iki oyunda bunun əlamətləri özünü çox büruzə verdi. Buyurun…

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri