Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Brüsseldə kritik 10 saat: Aİ tam sürətlə silahlanacaq

Brüsseldə kritik 10 saat: Aİ tam sürətlə silahlanacaq

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Ötən gün Brüsseldə keçirilən və təxminən 10 saat davam edən Avropa İttifaqı (Aİ) sammitində üzv ölkələr 800 milyard avroluq Avropanı silahlandırma layihəsini müzakirə ediblər. 

Qaynarinfo xəbər verir ki, hava hücumundan müdafiə sistemlərindən pilotsuz uçuş aparatlarına (PUA) qədər bir sıra prioritet sahələrin müəyyən edildiyi zirvədə Ukraynada sülh üçün beş maddəlik razılaşma da əldə olunub.

Sülh layihəsi olaraq qurulan Avropa İttifaqı dəyişən beynəlxalq şəraitin təsiri ilə özünü müharibəyə hazırlıq prosesində tapıb. Brüsseldə keçirilən xüsusi Aİ sammitində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması qərara alınıb.

Bu çərçivədə Aİ-nin təhlükəsizliyinin gücləndirilməsi və vətəndaşlarının qorunması üçün lazımi vasitələr və maliyyə mexanizmləri işə salınacaq. Aİ Komissiyasının 4 martda açıqladığı 800 milyard avroluq "Avropanın Yenidən Silahlandırılması" paketi də müzakirələrdə əsas yer tutub. Liderlər Komissiyanın təkliflərini nəzərə alaraq, bu məsələnin təxirə salınmadan həll edilməsini tapşırıblar.

Aİ-nin əsas hədəfi daha müstəqil, öz müdafiəsinə cavabdeh, 360 dərəcəlik yanaşma ilə mövcud və gələcək təhlükələrə qarşı müstəqil şəkildə hərəkət edə bilən bir sistem yaratmaqdır.

İttifaq ümumi müdafiə hazırlığını gücləndirmək, strateji asılılıqları azaltmaq və kritik hərbi imkan çatışmazlıqlarını aradan qaldırmaq qərarına gəlib. Bununla Aİ ehtiyac duyulan miqdarda və daha sürətli şəkildə müasir hərbi texnika tədarük etmək gücünə sahib olmağı hədəfləyir.


Prioritet sahələr müəyyənləşdirildi

"Hürriyet" qəzetindən Güvən Özalpın məlumatına görə, Aİ aşağıdakı sahələri prioritet olaraq müəyyən edib:

* Hava və raketdən müdafiə sistemləri

* Artilleriya sistemləri, raketlər və sursat

* Pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə sistemləri

* Kosmos və kritik infrastrukturun qorunması

* Hərbi mobillik

* Kibertəhlükəsizlik, süni intellekt və elektron müharibə texnologiyaları

Müttəfiqlərlə əməkdaşlıq vurğulandı

Sammitin yekun bəyanatında, Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində daha güclü olmasının qlobal və transatlantik təhlükəsizliyə müsbət töhfə verəcəyi bildirilib. Liderlər Aİ üzvü olmayan, lakin ortaq baxışa sahib müttəfiqlərlə əməkdaşlığın vacibliyini də vurğulayıblar. Müdafiə məsələsi 20-21 mart və 26-27 iyun tarixlərində keçiriləcək zirvələrdə yenidən gündəmə gətiriləcək.

Ukrayna sülhündə beş əsas prinsip

ABŞ-ın mövqeyi səbəbindən Ukrayna ilə bağlı hesablamaları dəyişən Aİ sammitdə bu ölkəyə uzunmüddətli və öngörülə bilən dəstək verəcəyini bir daha bəyan edib. Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi zirvədə, Macarıstanın vetosu səbəbindən yekun sənəd 27 deyil, 26 ölkənin razılığı ilə qəbul edilib.

Aİ Ukraynada genişmiqyaslı, ədalətli və daimi sülh üçün beş prinsipin əsas götürülməsini tələb edib:

1. Ukrayna olmadan Ukrayna mövzusunda danışıqlar aparıla bilməz.

2. Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyinə təsir edəcək heç bir müzakirə mümkün deyil.

3. Hər hansı atəşkəs yalnız genişmiqyaslı bir sülh prosesinin bir hissəsi olmalıdır.

4. Belə bir razılaşma Ukraynanın gələcəkdə Rusiya təcavüzündən qorunmasını təmin edəcək güclü və inandırıcı təhlükəsizlik zəmanətləri ilə dəstəklənməlidir.

5. Sülh Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır.

Brüsseldə keçirilən bu zirvə Avropa İttifaqının dəyişən beynəlxalq nizamda daha güclü hərbi-strateji mövqe tutmağa çalışdığını və Ukrayna münaqişəsinə dair qəti mövqe sərgilədiyini göstərir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Mart 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri