Brüsseldə Azərbaycan Aİ danışıqları keçirildi
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Brüsseldə Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin baş direktorunun Avropa və Mərkəzi Asiya üzrə müavini Audrone Perkauskiene ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç “X” hesabında bildirib.
Onun sözlərinə görə, Audrone Perkauskiene və Yalçın Rəfiyevin həmsədrliyi ilə Aİ-Azərbaycan danışıqları keçirilib.
Diplomat gələcəyə yönəlik səmərəli danışıqların keçirildiyini qeyd edib.
“İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Tərəflər dinamikliyi qorumaq üçün iyun ayında yenidən Bakıda görüşəcəklər”, – Kuyundziç əlavə edib.
Bu mövzuda digər xəbərlər:Brüsseldə Aİ liderlərinin Sammiti keçirilir
19 Mart 2026 16:08
Brüsseldə Azərbaycan Mədəniyyət günü keçirilib
19 Mart 2025 18:46
Brüsseldə Qərbi Azərbaycan konfransı FOTOLAR
28 Oktyabr 2025 12:45
Brüsseldə Aİ liderlərinin ənənəvi görüşü başlayır
26 İyun 2025 13:24
Mirzoyan Brüsseldə Aİ rəsmisi ilə görüşdü
15 Aprel 2026 03:07
Baxış sayı:139
Bu xəbər 17 Aprel 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















