Icma.az
close
up
RU
BŞTİ nin rəhbərliyi valideynlərlə açıq müzakirələrə qoşulub Fotolar

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə Valideyn konfransları davam edir. 

BŞTİ-dən Operativ Media -ya bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Nəsimi rayonu üzrə 35 nömrəli tam orta ümumtəhsil məktəbində, Səbail rayonu üzrə 49 nömrəli “İntellekt” məktəb-liseyində təşkil olunub. 

Konfranslarda Agentliyin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova sağlam düşüncəli, milli dəyərlərə bağlı və zamanın tələblərinə uyğun bacarıqlara sahib gənclər yetişdirmək işində müəllim-şagird-valideyn üçbucağının qarşılıqlı əlaqəsinin vacibliyindən danışıb. Valideynlərin məktəb həyatında fəal iştirakının əhəmiyyətindən söz açan N.Hüseynova bildirib ki, bu əməkdaşlıq genişlənərsə, şagirdlərin təlim-tərbiyəsində səmərəlilik artar, tədris nəticələri daha da yüksələr, valideyn-müəllim əməkdaşlığında daha yaxşı ünsiyyət mühiti yaranar. N.Hüseynova valideynlərin məktəb ətrafında təşkilatlanması prosesinin daha şəffaf və səmərəli şəkildə qurulmasının əhəmiyyətindən danışaraq onları bu istiqamətdə açıq əməkdaşlığa dəvət edib. 

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Uşaqların müdafiəsi idarəsinin əməkdaşı Nərgiz Məmmədova məktəb-icma əməkdaşlığının gücləndirilməsinin uşaqların təhlükəsiz mühitdə, keyfiyyətli təhsil alması üçün vacib olduğunu diqqətə çatdırıb, şagird davranış qaydaları, intizam məsələləri və bu sahədə valideynlərin məsuliyyəti barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, valideynlərin təhsil prosesində fəal iştirakı və açıq kommunikasiya mexanizmlərinin tətbiqi məktəb həyatının səmərəliliyinin və şəffaflığının artırılmasına təkan verəcək. 

BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova konfranslarda “Uşaqlarda məsuliyyət və özünüidarə bacarığının formalaşdırılması”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzularında təqdimatlarla çıxış edərək uşaqların düzgün davranış vərdişlərinə təşviq edilməsi, məsuliyyət hissinin formalaşdırılması və rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi yolları barədə valideynləri məlumatlandırıb, praktik tövsiyələr verib.

Daha sonra konfrans valideynlərlə interaktiv müzakirə formatında davam etdirilib, müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb. 

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafına dəstək vermək, həmçinin təlim-tərbiyə prosesində valideynlərin iştirakını davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq etməkdən ibarətdir. 

Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 22 Dekabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri