Icma.az
close
up
RU
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü Fotolar

Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aprelin 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Şamaxı rayonuna səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Səfər zamanı Dağlıq Şirvan regionu üzrə bir qrup valideyn və müəllimlərlə görüşlər keçirilib. 

Valideynlərlə görüşdə şagirdlərin əldə etdiyi nəticələr, ailə-məktəb əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.

Nazir müavini şagirdlərin tədris nəticələrinin yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək bildirib ki, əldə olunan nəticələr həm məktəbin, həm müəllimin, həm də ailənin birgə məsuliyyətinin göstəricisidir. 

Valideynlər məktəb–şagird–ailə əməkdaşlığının gücləndirilməsinin, şagirdlərin motivasiyasının artırılmasının və uğurlu nəticə göstərən şagirdlərin stimullaşdırılmasının vacibliyini bildiriblər. 

Görüşdə erkən yaş təhsilinin, xüsusilə bağça və ibtidai təhsilin keyfiyyətinin artırılmasının gələcək nəticələrə birbaşa təsiri də vurğulanıb. İşə qəbul və sertifikatlaşdırma imtahanlarında yüksək nəticə əldə edən müəllimlərin iştirakı ilə baş tutan görüşdə təhsilverənlərin peşəkar inkişafı, dərs keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə meyarları, tədris prosesində innovativ yanaşmaların tətbiqi və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda tam ştatlı məşğulluq modelinin tətbiqi və sertifikasiya prosesinin tədrisin keyfiyyətinə müsbət təsiri qeyd olunub.

Həsən Həsənli çıxışında təhsil işçilərinin öz davranışları ilə şagirdlər üçün nümunə olduqlarını qeyd edərək bunun uşaqların tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Görüşlərdə həmçinin regionlarda STEAM mərkəzlərinin sayının artırılması, inklüziv siniflərdə dərs deyən müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Görüşlərin yekununda təhsil mühitinin təkmilləşdirilməsi və nəticəyönümlü yanaşmanın gücləndirilməsi üçün kompleks tədbirlərin vacibliyi qeyd olunub.









Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri