Icma.az
close
up
RU
BSU gəncləri ilə YAP Nəsimi rayon təşkilatının görüşü keçirilib

BSU gəncləri ilə YAP Nəsimi rayon təşkilatının görüşü keçirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprel ayının 3-ündə Bakı Slavyan Universitenin (BSU) iclas zalında Bakı Slavyan Universitetinin gəncləri ilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının görüşü keçirilib.

Görüşdə açılış nitqi ilə çıxış edən Bakı Slavyan Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Cahangirov gəncləri salamlayaraq, onların respublikamızın ictima-siyasi cəhətdən fəaliyyətlərindən söz açıb. Fikrət Cahangirov Ulu Öndər Heydər Əliyevin müstəqilliyə gedən yolda tarixi xidmətlərini və müasir dövlətçiliyin möhkəmlənməsində oynadığı rolu xüsusi vurğulayıb. Həmçinin o, qeyd edib ki, yarandığı  gündən həm ölkə daxilində baş verən siyasi proseslərdə, həm də beynəlxalq arenada günbəgün nüfuzunu  artıran Yeni Azərbaycan Partiyası (YAP) bütün fəaliyyəti dövründə  regionun ən güclü siyasi təşkilatı olduğunu təsdiqləyib. Bu şərəfli yolda partiyamızın inkişaında gənclərin müstəsna xidmətləri olduğunu xüsusilə vurğulayıb. Fikrət müəllim öz çıxışını Ulu Öndərin çıxışlarından bir cümləni xatırladaraq, nitqini yekunlaşdırıb, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası XXI əsrin, III minilliyin partiyasıdır!”

Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının müavini Abbas Pənahov çıxış edərək,  Yeni Azərbaycan Partiyasının 1992-ci ildən bu günümüzə kimi olan fəaliyyətindən xronoloji olaraq bəhs etdi. O, öz çıxışında xüsusi olaraq cəmiyyətin bütün təbəqələri kimi ən dinamik toplum olan gənclərin rolunu vurğuladı. Bugün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərimizin  Azərbaycanın siyasi-iqtisadi və eləcə də sosial-mədəni sahələrin inkişafına verdikləri böyük töhfələrin şahidiyik. Gəncliyin inkişafına daim dəstək göstərən Yeni Azərbaycan Partiyası onların öz güclərinə, potensiallarına və istedadlarına olan güvənlərinin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı layihələr həyata keçirdiyindən söz açdı. Buna görə də partiyaya yeni qoşulanların böyük əksəriyyətini məhz gənclər təşkil etdiyini qeyd etdi.

Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının məsləhətçisi Aynur Poluyeva çıxış edərək, hakim partiyanın gənclərə olan diqqət və qayğısından, ölkədə aparılan uğurlu gənclər siyasətindən, bu uğurlu siyasi sistemin onları Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşdirməsindən bəhs edib. Bu heç də təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizini məhz gənclər təşkil edir. O, ölkəmiz beynəlxalq münasibətlərdə fəal iştirakçıya çevrilməsini xüsusi olaraq vurğulayaraq, bu uğurların əsasında güclü liderin iradəsi, milli birliyimiz, azərbaycançılıq ideologiyası və vətəndaş həmrəyliyi dayandığını bildirib.

Görüşdə Bakı Slavyan Universitetinin (BSU) Xarici dil müəllimliyi fakültəsinin dekanı Günel Allahverdiyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının atdığı uğurlu imzalarda gənclərin də xüsusi rolu olduğunu vurğulayıb.  O, nitqində  Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişmiş gənc nəslin əsas vəzifələrindən biri də ölkəmizin suverenliyinin qorunması olduğunu qeyd edərək, bu yolda əzmlə çalışdıqları üçün hər Azərbaycan gəncinə təşəkkürünü bildirib. O, YAP-ın sıralarına qoşulan gənclər Ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə sadiqliklərini,  Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə  inamlarını ifadə etməklə yanaşı, dövlətimizə xidmət etmək üçün böyük imkanlar əldə etdiklərini bildirib.

Görüşün sonunda gənclər öz fikirlərini bölüşdülər, onları maraqlandıran suallını ünvanladılar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Aprel 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri