YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının iclası keçirildi
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Dekabrın 15-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Bülbül prospekti 30” ünvanında yerləşən (“Xalq qəzeti” redaksiyası) ərazi partiya təşkilatının iclası keçirildi.
İclasda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, “Xalq qəzeti”nin rəhbər şəxsləri, həmçinin redaksiyanın YAP ərazi partiya təşkilatının üzvləri iştirak etdilər.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbiri giriş sözü ilə açaraq iclasın gündəliyi barədə məlumat verdi. O, çıxışında bildirdi ki, hazırda ərazi partiya təşkilatının sədri vəzifəsinə yeni nümayəndənin seçilməsinə zərurət yaranmışdır.
İclasda İnformasiya və multimedia şöbəsinin müdiri Səbuhi Məmmədovun namizədliyi irəli sürüldü və təklif səsə qoyuldu.
S.Məmmədov yekdilliklə YAP ərazi partiya təşkilatının sədri seçildi. Beləliklə, Səbuhi Məmmədov Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “Bülbül prospekti 30” (Xalq qəzeti) ünvanında fəaliyyət göstərən ərazi partiya təşkilatının sədri seçildi.
Sonda çıxış edən ərazi partiya təşkilatının yeni sədri Səbuhi Məmmədov göstərilən etimada görə partiya üzvlərinə təşəkkürünü bildirdi, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fəal və məsuliyyətli iş aparacağını vurğuladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















