Icma.az
close
up
RU
BSU nun rektoru Marmara Universitetində mühazirə ilə çıxış edib FOTOLAR

BSU nun rektoru Marmara Universitetində mühazirə ilə çıxış edib FOTOLAR

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 2-də Bakı Slavyan Universitetinin(BSU) " Konstitusiya və Suverenlik İli " üzrə Fəaliyyət Planına uyğun olaraq BSU-nun rektoru Anar Nağıyev Türkiyə Respublikasının Marmara Universiteti Türkiyyat Araşdırmaları İnstitutunda tələbələr qarşısında " Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi " mövzusunda mühazirə ilə çıxış edib. 

Moderator.az xəbər verir ki, rektor Anar Nağıyev mühazirəsində coğrafiyanın, siyasi tarixin və geosiyasətin dövlətlərin taleyində oynadığı həlledici roldan danışıb. O, Prezident İlham Əliyevin çıxışlarına istinad edərək Azərbaycanın coğrafi, qonşuluq və geosiyasi mövqeyinin ölkəmizin regional liderliyini şərtləndirdiyini vurğulayıb. Azərbaycanın Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələrində körpü roluna diqqət çəkib.

Tarixi proseslərdən bəhs edən rektor Azərbaycanın müxtəlif dövrlərdə yaşadığı işğallar, Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə milli oyanış və inkişaf mərhələləri haqqında danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qalib dövlətə çevrilib, ərazi bütövlüyünü bərpa edərək regional güc mərkəzi olub.

A. Nağıyev siyasi fəlsəfə və klassik geosiyasi nəzəriyyələrə – Makiavelli, Hobs, Lok, Makkinderin Hartland və Spaykmanın Rimland konsepsiyalarına toxunaraq Azərbaycanın quru və dəniz gücünün kəsişmə nöqtəsində yerləşdiyini bildirib. O, həmçinin qonşuluğun dövlət siyasəti üçün vacibliyini izah edib, Türkiyənin bölgədəki rolunu və Orta Dəhlizin qlobal əhəmiyyətini qeyd edib. Rektor Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlara, Zəngəzur dəhlizinin strateji mahiyyətinə diqqət çəkib və regionda sabitlik üçün sülhün vacibliyini vurğulayıb. Azərbaycan səfirliyinə İran tərəfindən edilən terror hücumu və Rusiya hava məkanında vurulan təyyarə hadisəsi sülhə təhdid kimi qiymətləndirilib.

Regional təhlükəsizlik kontekstində rektor Türk dünyasının rolundan, Şuşa Bəyannaməsinin Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələsi kimi əhəmiyyətindən bəhs edib.

Sonda A. Nağıyev Azərbaycanın Avropa, xüsusilə Balkan regionu üçün enerji sahəsində əhəmiyyətini, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini və COP29-un nəticələrindən bəhs edərək, bütün bu faktorların Azərbaycanın qlobal dialoq platformasına çevrilməsi və regional güc kimi mövqeyini daha da möhkəmləndirdiyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri