Icma.az
close
up
RU
BSU nun rektoru Varşava Universitetində çıxış edib FOTOLAR

BSU nun rektoru Varşava Universitetində çıxış edib FOTOLAR

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 13-də Polşanın Varşava Universitetində keçirilən “The International Conference on Turkic Studies” adlı beynəlxalq konfransın açılış mərasimində Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev çıxış edib.

Moderator.az xəbər verir ki, açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının səfiri Nərgiz Qurbanova, Türkiyə Respublikasının səfiri Rauf Alp Denktaş, Özbəkistan Respublikasının səfiri Əmirsəid Ağzamxodjayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı Professor Aqata Bareja Starzinska,iştirak ediblər.

Açılış mərasimində çıxış edən rektor A.Nağıyev  1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışaraq, növbəti ildə bu mühüm hadisənin 100 illik yubileyinin qeyd olunacağını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bununla bağlı sərəncam imzalandığını vurğulayıb.

Anar Nağıyev bildirib ki, Polşada türkşünaslığın və türk dilinin tədrisi XV əsrə, xalqlarımız arasında əlaqələrin möhkəmləndiyi dövrlərə təsadüf edir. Rektor, 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir Yageloniçki arasında qurulmuş diplomatik münasibətləri xatırladaraq, Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixə malik olduğunu diqqətə çatdırıb.

O Azərbaycanda yaşamış və ölkənin mədəni, memarlıq və elmi inkişafında xidmətləri olan Pavel Pototski, Vitold Zqlentiski, İosif Qoslovski, İosif Ploşko, Kazimir Skureviç kimi polyak memar və mühəndislərin adlarını çəkərək, onların XIX–XX əsrlərdə Bakının inkişafında mühüm izlər qoyduğunu qeyd edib.

Rektor, həmçinin II Dünya müharibəsi zamanı Polşa ordusunda xidmət etmiş polkovnik Cahangir bəy Kazımbəylinin qəhrəmanlığından danışıb və konfransın belə böyük şəxsiyyətlərin xatirəsini anmaq, onların elmi və mədəni irsini qiymətləndirmək üçün mühüm platforma olduğunu vurğulayıb.

Çıxışında rektor Lütfi Zadə, Nəsirəddin Tusi, Nizami Gəncəvi, Əziz Sancar, Bəhmənyar Əl-Azəri, Yusif Məmmədəliyev, Kərim Kərimov kimi Azərbaycan və türk dünyasının görkəmli alimlərinin adlarını çəkərək, onların dünya elminə və mədəniyyətinə verdiyi töhfələri diqqətə çatdırıb.

Anar Nağıyev əlavə edib ki, Türkşünaslıq BSU-da əsas tədqiqat istiqamətlərindən biridir. Universitetin 2024-cü ildən Türk Dünyası Universitetlər Birliyinin (TÜRKÜNİB) üzvü olduğunu və Orhun mübadilə proqramında iştirak etdiyini bildirib. Rektor qeyd edib ki, bu ildən etibarən BSU-da özbək dilinin tədrisinə başlanılıb və universitetin Orta Asiya, Slavyan və Balkan regionları ilə coğrafi yaxınlığı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Eyni zamanda A.Nağıyev BSU-da polyakşünaslığın tədrisi 1996-cı ildən başlanıb və bu gün də tədrisin uğurla davam etdirildiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri