Icma.az
close
up
RU
BTQ icraçı direktorunun çıxışı yerləşdirildi

BTQ icraçı direktorunun çıxışı yerləşdirildi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovun çıxışı yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, mayın 29-da BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ-nin icraçı direktoru Abbas Abbasovun, habelə Fransanın müstəmləkə əsarəti atlında olan Dənizaşırı ərazilərindən olan nümayəndələrinin, o cümlədən BTQ-nin dəstəyi ilə yaradılmış Beynəlxalq Dekolonizasiya Cəbhəsinin üzvlərinin 4-cü sessiyadakı çıxışları yer alıb.

Bundan əlavə, BTQ-nin BMT-nin Nyu-Yorkdakı iqamətgahında bu il aprelin 15-də BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun (AŞDF) 4-cü illik sessiyası çərçivəsində “Dekolonizasiya: Sakit İnqilab” adlı beynəlxalq konfransın sonunda başladılmış “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiya da Forumun rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Forum BMT Baş Assambleyasının (BA) 2 avqust 2021-ci il tarixli A/RES/75/314 nömrəli qətnaməsi ilə yaradılıb.

Qətnamədə BMT BA-nın “Kolonializm, qulların alqı-satqısı və quldarlıq qurbanlarının, xüsusilə də Afrika diasporundakı Afrika əsilli şəxslərin, bərabərliyinə və insan ləyaqətinə hörmət edilməsi prinsiplərinə bağlılığı” qeyd edilir.

Forumun mandatında “Forumun BMT-nin digər orqanları və mexanizmləri ilə birgə Afrikalılar və Afrika əsilli şəxslərin məruz qaldığı quldarlığın, ticarətin və kolonializmin səbəb olduğu haqsızlıqların aradan qaldırılması üçün tədbirlər üzərində iş aparacaq” və “kolonializmin {…} fəsadlarını dayandırmaq, onları tanımaq {…} kimi məsələlərin həll edilməsi üçün təşəbbüslərin, imkanların, problemlərin və qabaqcıl təcrübələrin birgə öyrənilməsi, analizi və müəyyən edilməsinə yardım edən biliklərin tərtibatını təşviq” edəcək kimi məqamlar öz əksini tapıb.

Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) məsləhətçi orqanı olan Forumun ildə bir dəfə sessiyası növbəlik əsasda BMT-nin mərkəzi orqanlarında təşkil olunur. Forumun gördüyü işlər, onun təkliflərini və tövsiyələrini özündə əks etdirən məruzə ildə bir dəfə BMT BA və İHŞ-ya təqdim edilir.

Xatırladaq ki, quldarlıq təcrübəsindən geniş şəkildə istifadə etmiş Fransanın hazırda müstəmləkəçiliyi altında olan ərazilərin əksəriyyətini Afrika əsilli şəxslər təşkil edir.

Beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, dünyada dekolonizasiya prosesini təşviq edən və müstəmləkəçiliyə qarşı mübarizə aparan Bakı Təşəbbüs Qrupu müvafiq beynəlxalq mexanizmlərin yaratdığı imkanlardan yararlanaraq XXI əsrdə kolonializmin tam şəkildə ləğv etdirilməsi məsələsinin əhəmiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 May 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri