Icma.az
close
up
RU
BMT nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ icraçı direktorunun çıxışı yerləşdirilib

BMT nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ icraçı direktorunun çıxışı yerləşdirilib

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovun çıxışı yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, mayın 29-da BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ-nin icraçı direktoru Abbas Abbasovun, habelə Fransanın müstəmləkə əsarəti atlında olan Dənizaşırı ərazilərindən olan nümayəndələrinin, o cümlədən BTQ-nin dəstəyi ilə yaradılmış Beynəlxalq Dekolonizasiya Cəbhəsinin üzvlərinin 4-cü sessiyadakı çıxışları yer alıb.

Bundan əlavə, BTQ-nin BMT-nin Nyu-Yorkdakı iqamətgahında bu il aprelin 15-də BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun (AŞDF) 4-cü illik sessiyası çərçivəsində "Dekolonizasiya: Sakit İnqilab" adlı beynəlxalq konfransın sonunda başladılmış "Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək" adlı petisiya da Forumun rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Forum BMT Baş Assambleyasının (BA) 2 avqust 2021-ci il tarixli A/RES/75/314 nömrəli qətnaməsi ilə yaradılıb.

Qətnamədə BMT BA-nın "Kolonializm, qulların alqı-satqısı və quldarlıq qurbanlarının, xüsusilə də Afrika diasporundakı Afrika əsilli şəxslərin, bərabərliyinə və insan ləyaqətinə hörmət edilməsi prinsiplərinə bağlılığı" qeyd edilir.

Forumun mandatında "Forumun BMT-nin digər orqanları və mexanizmləri ilə birgə Afrikalılar və Afrika əsilli şəxslərin məruz qaldığı quldarlığın, ticarətin və kolonializmin səbəb olduğu haqsızlıqların aradan qaldırılması üçün tədbirlər üzərində iş aparacaq" və "kolonializmin {...} fəsadlarını dayandırmaq, onları tanımaq {...} kimi məsələlərin həll edilməsi üçün təşəbbüslərin, imkanların, problemlərin və qabaqcıl təcrübələrin birgə öyrənilməsi, analizi və müəyyən edilməsinə yardım edən biliklərin tərtibatını təşviq" edəcək kimi məqamlar öz əksini tapıb.

Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) məsləhətçi orqanı olan Forumun ildə bir dəfə sessiyası növbəlik əsasda BMT-nin mərkəzi orqanlarında təşkil olunur. Forumun gördüyü işlər, onun təkliflərini və tövsiyələrini özündə əks etdirən məruzə ildə bir dəfə BMT BA və İHŞ-ya təqdim edilir.

Xatırladaq ki, quldarlıq təcrübəsindən geniş şəkildə istifadə etmiş Fransanın hazırda müstəmləkəçiliyi altında olan ərazilərin əksəriyyətini Afrika əsilli şəxslər təşkil edir.

Beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, dünyada dekolonizasiya prosesini təşviq edən və müstəmləkəçiliyə qarşı mübarizə aparan Bakı Təşəbbüs Qrupu müvafiq beynəlxalq mexanizmlərin yaratdığı imkanlardan yararlanaraq XXI əsrdə kolonializmin tam şəkildə ləğv etdirilməsi məsələsinin əhəmiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa davam edir.
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri