BTQ Kanaki Yeni Kaledoniyadakı seçkiləri müzakirə edib
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Kanaki-Yeni Kaledoniyada keçirilmiş əyalət seçkilərinin nəticələrinə həsr olunmuş onlayn görüş təşkil edilib.
BTQ-dən Modern.az-a verilən məlumata görə, görüşdə Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Kanaki-Yeni Kaledoniya, Reyunyon, Mayot adası, Qəmər Adaları İttifaqı və Fransız Qvianasından nümayəndələr iştirak edib.
Müzakirələr zamanı Kanaki-Yeni Kaledoniyanın müstəqilliyi uğurunda mübarizə aparan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin nümayəndəsi Jean-Baptiste Dialle seçkilərin müstəqillik tərəfdarları üçün uğur olduğunu bildirmişdir.
Bununla belə, Kanak xalqının nümayəndələri təəssüflə bildiriblər ki, Fransa hökumətinin siyasəti nəticəsində əhalinin bir hissəsində seçki prosesinə inam azalıb və müstəqilliyə aparan yolun yalnız səsvermə vasitəsilə həll olunacağına dair ümidlər zəifləyib. Bu səbəbdən yerli icma seçkilərdə fəal iştirak etməyib.
Reyunyonun müstəqilliyi uğrunda mübarizə aparan “Ka Ubuntu” partiyasının nümayəndəsi Orlane Taristasın sözlərinə görə, Kanaki-Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının əldə etdiyi uğur rəsmi Parisin seçki prosesinin şəffaflığına dair yaratdığı ciddi narahatlıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir.
Keçmiş siyasi məhbus, Kanaki-Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan fəal Dimitri Qenegei seçkiləri uğurlu adlandırıb və bunu azadlıq mübarizəsinin növbəti mərhələsinə aparılan yol kimi qiymətləndirib.
Görüş zamanı BTQ-nin təşəbbüsü ilə Kanak xalqına və 28 iyun tarixli əyalət seçkilərində qalib gəlmiş nümayəndələrə dəstək məqsədilə simvolik flaşmob keçirilmişdir. İştirakçılar “Kanakiyə azadlıq”, “Təbriklər” və digər dəstək şüarlarını nümayiş etdirmişlər.
Sonda görüş iştirakçıları Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların mübarizəsinin beynəlxalq diqqətdə saxlanılmasına, onlara göstərilən dəstəyə və həmrəylik mesajlarına görə Bakı Təşəbbüs Qrupuna minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 07 İyul 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















