Icma.az
close
up
RU
BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib

BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul edib.

Bakı Təşəbbüs Qrupundan AZƏRTAC-a bildirilib ki, bəyanatda CERD Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq ünvanlayıb və ciddi narahatlığını ifadə edərək diqqətə çatdırıb ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli kanak xalqının iştirakı ilə sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Bəyanatda qeyd olunur ki, 2021-ci il dekabrın 12-də Kanakidə Fransa tərəfindən üçüncü dəfə keçirilən “öz müqəddəratını təyinetmə referendumu” kanakların milli matəm dövrünə təsadüf etdiyindən xalqın referendumun təxirə salınması ilə bağlı legitim çağırışları Fransa hakimiyyəti tərəfindən nəzərə alınmayıb. Bəyanatda xüsusilə vurğulanır ki, kanak xalqını təmsil edən Kanaki Adət-Ənənə Senatı və səkkiz bölgənin adət şuraları bu məsələ ilə bağlı dəfələrlə rəsmi müraciətlər etsələr də, onların iradəsi və mövqeyi tamamilə gözardı edilib, kanak xalqının siyasi iradəsinə və ənənəvi institutlarına qarşı Fransa tərəfindən açıq etinasızlıq nümayiş olunub.

Referendumdan sonra da Fransa hakimiyyəti “siyasi islahat” adlandırdığı, lakin kanak xalqının hüququna və həyati maraqlarına zidd prosesi onların razılığı və iştirakı olmadan birtərəfli qaydada həyata keçirib, yerli kanak xalqını öz taleyi ilə bağlı qərarvermə prosesindən bilərəkdən kənarlaşdırıb, onun siyasi iradəsini zəiflətməyə və ənənəvi idarəetmə institutlarını nüfuzdan salmağa yönəlmiş siyasət həyata keçirib.

Sənəddə qeyd edilir ki, 1998-ci ildə imzalanmış Numea sazişinin Fransa tərəfindən öz lehinə mahiyyətinin dəyişdirilməsi dekolonizasiya prosesinin legitimliyinə ciddi zərbə vurmaqla yanaşı, kanak xalqının gələcəyi ilə bağlı qərarların onların razılığı olmadan formalaşdırılması riskini daha da artırır.

Komitə, həmçinin 2024-cü ilin may ayında baş vermiş yerli əhalinin haqlı etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq güc tətbiqi, o cümlədən ölümcül zorakılıq hallarının beynəlxalq insan hüquqları çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb. Bundan əlavə qeyd olunub ki, 2025-ci ildə Bujival şəhərində qapalı formatda aparılmış danışıqlar nəticəsində Kanakinin gələcəyinə dair yeni siyasi razılaşma hazırlanıb, lakin bu prosesdə kanak xalqını təmsil edən institutların iştirakı təmin edilməyib.

Sənəddə bildirilir ki, kanak xalqı hələ də struktur xarakterli irqi ayrı-seçkiliyə məruz qalır. Bu vəziyyət isə onların siyasi, iqtisadi, sosial və mədəni hüquqlardan tam və bərabər şəkildə faydalanmasına ciddi məhdudiyyətlər yaradır. Bu səbəbdən Fransa hökumətinə Kanak xalqının siyasi proseslərdə bərabər və səmərəli iştirakını təmin etməyə, onların fundamental hüquqlarının qorunmasına zəmanət verməyə, zorakılıqla bağlı iddiaların müstəqil və şəffaf şəkildə araşdırılmasını həyata keçirməyə, həmçinin BMT-nin müvafiq tövsiyələrini tam və ardıcıl şəkildə yerinə yetirməyə çağırış olunub.

Qeyd edək ki, 2024-cü ildə Bakı Təşəbbüs Qrupu tərəfindən Fransanın müstəmləkəçilik siyasəti və kanak xalqının hüquqlarının pozulması ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatda qaldırılan məsələlər Komitənin hazırkı bəyanatında da öz əksini tapıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri