Icma.az
close
up
RU
BTQ nin neokolonializmlə bağlı araşdırmaları davam edir

BTQ nin neokolonializmlə bağlı araşdırmaları davam edir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Təşəbbüs Qrupu dünyanın müxtəlif ölkələrində neokolonializmin yeni və təhlükəli təzahürlərini araşdırmaq və ifşa etmək istiqamətində nəticəyönümlü fəaliyyətini davam etdirir. 

Qrupdan XQ-yə verilən məlumata görə bu xüsusda Hindistanın Baş naziri Narendra Modinin siyasətinə qarşı dünyanın müxtəlif ölkələrində baş tutan etiraz aksiyaları diqqəti çəkir. 

Belə aksiyalardan biri 24 dekabr 2025-ci il tarixində Vaşinqton, Toronto, Vankuver, London, Milan və Melburn kimi dünyanın müxtəlif şəhərlərində siqh fəalları və “Sikhs for Justice” (SFJ) təşkilatının üzvləri tərəfindən Hindistan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirilmişdir. Etiraz aksiyalarının əsas məqsədi siqh fəal Hardeep Singh Nijjarın və Osman Hadinin qətlləri ilə bağlı Hindistanın məsuliyyət daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi.

Qeyd edək ki, Osman Hadi Hindistanın Baş naziri Narendra Modinin siyasətini açıq şəkildə tənqid etməsi ilə tanınırdı. Onun “Modinin casuslarını tutun! Onları həbs edin!” məzmunlu şüarlarının sosial mediada geniş yayılmasından sonra Hadi müxtəlif təhdidlər almış, qısa müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilmişdir. Osman Hadi 2025-ci il dekabrın 12-də Banqladeşin paytaxtı Dəkkə şəhərində silahlı hücum nəticəsində ağır yaralanmış və dekabrın 15-də xəstəxanada vəfat etmişdir. Kanadalı siqh fəal Hardeep Singh Nijjar isə 2023-cü ildə Kanadanın Brampton şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir. Siqhlər bu qətlin arxasında Hindistan hökumətinin durduğunu iddia edirlər. 

“Ədalət üçün siqhlər – SFJ” təşkilatı sözügedən etiraz aksiyalarını “Hindistanın transmilli terrorizmi – Dəkkədən Vaşinqtona qədər” (India’s Transnational Terrorism — From Dhaka to DC) adı altında təşkil edib. Fəallar Hindistanın diplomatik nümayəndəlikləri qarşısında aksiyalar keçirərək Hindistan hökumətini “beynəlxalq siyasi terror” həyata keçirməkdə ittiham ediblər. Aksiyalar zamanı iştirakçılar “Osman Hadini kim öldürdü? Hindistan!”, “Nijjarı kim öldürdü? Hindistan!”, “Hindistan səfirliklərini bağlayın — onlar terror yuvalarıdır!” və “Hindistan dünyanın düşmənidir!” kimi şüarlar səsləndiriblər. Fəallar iddia ediblər ki, Hindistanın Baş naziri Narendra Modinin rəhbərliyi altında ölkədə tənqidçi səsləri susdurmaq və təsir dairəsini qorumaq məqsədilə “transmilli repressiya siyasəti” həyata keçirilir. Onların fikrincə, Osman Hadi və Hardeep Singh Nijjar məhz bu siyasətin qurbanları olmuşlar. Etirazçılar, həmçinin, Birləşmiş Ştatları və digər beynəlxalq tərəfdaşları sözügedən iddiaları ciddi şəkildə araşdırmağa və Hindistan hökumətinə qarşı müvafiq tədbirlər görməyə çağırıblar.

Kanadanın Vankuver şəhərində keçirilən yürüşdə iştirakçılar Hindistan səfirliyinə qədər yürüyərək Modi və Hindistan Kəşfiyyat Xidmətini bu qətllərdə məsuliyyət daşımaqda ittiham ediblər. Fəallar həmçinin “Modi üçün simvolik cənazə mərasimi” keçirərək Hadinin ölümünü “söz azadlığına qarşı törədilmiş cinayət” kimi qiymətləndirmişlər. “Sikhs for Justice” təşkilatı bəyan edib ki, bu aksiyalar sadəcə Osman Hadi və Hardeep Singh Nijjar üçün ədalət tələb etmək məqsədi daşımır, həm də Hindistanın diaspor üzərində yaratdığı qorxu siyasətinə qarşı müqavimət hərəkatıdır.

Qeyd edək ki, Xalistan hərəkatı uzun illərdir Hindistanın Pəncab bölgəsində müstəqil dövlət qurulmasını tələb edir. Aksiyaların sonunda “Sikhs for Justice” təşkilatı beynəlxalq ictimaiyyətə müraciət edərək Hindistan səfirliklərinin fəaliyyətinin araşdırılmasını, Osman Hadi və Hardeep Singh Nijjarın qətllərinin beynəlxalq istintaqa təqdim edilməsini və diaspor fəallarının təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Nəzrin ELDARQIZI

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri