Icma.az
close
up
RU
Folklor İnstitutunda qorqudşünaslıq araşdırmaları davam edir

Folklor İnstitutunda qorqudşünaslıq araşdırmaları davam edir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 may, AZƏRTAC

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu. Şaman-qəhrəmanın xaos dünyasına yolçuluğu” kitabı çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, çağdaş Azərbaycan folklorşünaslığının tanınmış simalarından olan professor Seyfəddin Rzasoy qorqudşünaslıqla bağlı fundamental tədqiqatları ilə də tanınır. Onun “Dədə Qorqud” eposu” seriyasından 2022-ci ildə “Qəhrəmanın ölüb-dirilməsi”, 2024-cü ildə isə “Dastanın Alp Aruz variantının ilk bərpa təcrübəsi” monoqrafiyaları işıq üzü görüb. Alimin bu yaxınlarda nəşr olunan “Şaman-qəhrəmanın xaos dünyasına yolçuluğu” monoqrafiyası da “Dədə Qorqud” eposu” seriyasının davamı – 3-cü kitabıdır.

Müəllifin 2015-ci ildə nəşr olunmuş “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” adlı monoqrafiyasının “Salur Qazanın evinin yağmalanması” boyunun kosmoloji struktur modeli” adlanan üçüncü fəsli əsasında hazırladığı bu kitabda Azərbaycan/Oğuz/Türk etnokosmik düşüncəsinin əsas struktur modellərindən olan Şaman/Qəhrəman arxetipi “Kitabi-Dədə Qorqud” dastanının ikinci boyu əsasında bərpa olunub. Tədqiqat mətn informasiyası üzərində qurulub, mətnin verdiyi ritual-mifoloji informasiya əsasında kosmoloji düşüncənin arxetip, formul və sxemləri rekonstruksiya edilib. On ildən artıq davam edən elmi araşdırmalarının məhsulu kimi ərsəyə gələn bu kitab Seyfəddin Rzasoyun digər əsərləri kimi ciddi elmi araşdırmaların nəticəsi olaraq özünün orijinallığı və əsaslı yenilikləri ilə seçilir.

Müəllif kitaba yazdığı genişhəcmli giriş yazısında “Azərbaycan dastanlarında şaman – qəhrəman arxetipi” probleminin nəzəri-metodoloji əsaslarına aydınlıq gətirib, beləliklə, oxucuları bəhs açılacaq mövzu ilə bağlı elmi-nəzəri biliklərlə ətraflı məlumatlandırıb. Eyni zamanda, tədqiqatın əsas məqsədinin nədən ibarət olmasına diqqəti yönəldən alim göstərir ki, “dastanların “düşüncə” strukturu ilə şaman düşüncəsinin strukturu arasında identifikasiya (eyniləşdirmə) modeli qurmaqla bu modelin funksional hərəkəti, bu hərəkəti yaradan mexanizmlər, onların quruluşu, işlənmə prinsipləri və s. haqqında düşünməkdir”. Bu yanaşma, əslində, müəllifin problemə baxışının, demək olar ki, açarıdır. Alim şaman düşüncəsinin strukturunu və dastan mətninin alt qatında gizlənən metaforik düşüncə strukturunu paralel müstəviyə gətirməklə müqayisələr yolu ilə identifikativ kodları tutuşdurmaqla təhlil aparıb. Belə qənaətə gəlib ki, “Azərbaycan dastanları ənənəvi düşüncənin strukturunu inikas edir. Şaman da eyni ənənəvi düşüncə strukturuna malik olub. Bu cəhətdən şaman qamlamasının strukturunun Azərbaycan dastanlarının poetik strukturunda “təkrarlanması” bunları vahid düşüncə sisteminə aid edir. Demək, istər dastanlarımızın, istərsə də şamanın düşüncəsinin strukturunun əsasında eyni etnoenergetik sxemlər durur.

Professor S.Rzasoyun gəldiyi bu fundamental qənaət işığında “Kitabi-Dədə Qorqud” dastanında Qazan xanın hərəkət və davranışlarının daşıdığı mifik məna səviyyələrinin şamanların magik davranış aktları – qamlama ritualları ilə paralel sxemlər olduğu görünür. Başqa sözlə, xalqın arxaik mifik görüşlər sistemi tarixin nisbətən sonrakı inkişaf mərhələlərində xalq yaradıcılığının nəhəng ədəbi hadisəsi olan dastan janrlarında dünyagörüşü hadisəsi olaraq bədii mətn dilinə transformasiya olunub. Bugünkü dünyanın gözü ilə yanaşanda, bizə Ezop dili kimi sirli-müəmmalı görünən dastan mətnindəki rəmzi-metaforik – mifik görünüş və davranışları isə görkəmli mifoloq-alim Seyfəddin Rzasoy böyük ustalıqla oxuya bilib. O, Qazan xanın xaos dünyasına səfərinin (yolçuluğunun) alt məna qatlarını sirli-sehirli mifik dünyagörüş qanunlarına söykənərək açıqlamağa müyəssər olub.

Kitabın redaktoru filologiya elmləri doktoru Sərxan Xavəri, rəyçiləri isə filologiya elmləri doktoru Qalib Sayılov, filologiya üzrə fəlsəfə doktorları Səfa Qarayev və Hikmət Quliyevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri