“Bu 7 ili biz baş başa,əl ələ, ürək ürəyə keçirdik”
Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Influenser Həmayıl Ələsgərova (Hllyblog) oğlu Atillanın 7 yaşını qeyd edib.
OLAY yazır ki, bu barədə bloger instaqramda post paylaşıb. Oğlu ilə fotosessiyasını yayımlayan Həmayıl bunları yazıb:
“Mənim balamın 7 yaşı tamam olur. Düz 7 il əvvəl həyatımın ən gözəl möcüzəsi gəldi dünyama. Mən onunla birlikdə təkcə ana olmadım həm də yenidən doğuldum. Bəzən onun balaca əllərindən tutub həyatı ona öyrətməyə çalışdım, bəzən isə heç özü bilmədən mənə həyatı öyrədən o oldu. Mən onu böyütdüyümü düşünərkən,əslində onunla birlikdə özüm də böyüdüm. Bu 7 ili biz baş-başa,əl-ələ, ürək-ürəyə keçirdik. Bəzən ikimiz bir dünyaya qarşı dayanmış kimi olduq, bəzən bir qucaqlama ilə bütün yorğunluğumuzu unutduq. Elə günlər oldu ki, güclü olmaq məcburiyyətində qaldım amma onun bir gülüşü bütün yorğunluğuma dəydi. Çünki mənim ən böyük gücüm də, ən həssas yerim də, ən böyük xoşbəxtliyim də odur. Bu yolda mənimlə birlikdə onun sevgisini, qayğısını əsirgəməyən, hər zaman yanımızda olan nənəsinin və babasının da payı çox böyükdür. O, təkcə mənim sevgimlə deyil, onların da sevgisi, duası və şəfqəti ilə böyüyür. Yaxşı ki, onun həyatında belə gözəl insanlar var. Yaxşı ki,mənim oğlumsan, Atillam. Yaxşı ki, sənin ananam. Bu həyatda mənə verilən ən gözəl ad sənin sayəndə qazandığım “ana” adıdır. Səni sözlərlə ifadə edə bilməyəcəyim qədər çox sevirəm,mənim 7 yaşlı dünyam”.
Baxış sayı:108
Bu xəbər 22 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















