Icma.az
close
up
RU
Bu 8 nüfuzlu məmur noyabrda doğulub

Bu 8 nüfuzlu məmur noyabrda doğulub

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan iqtidarında təmsil olunan, hakimiyyətdə və hökumətdə mühüm postları tutan bir neçə yüksək rütbəli məmur noyabr ayında doğulub. Siyahıda Baş nazir Əli Əsədovdan tutmuş AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevə qədər 8 nüfuzlu şəxsin adı var.

Metbuat.az həmin şəxslərin təvəllüdlərini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev 1957-ci il noyabr ayının 5-də dünyaya göz açıb. Gələn həftə Zeynal müəllimin 68 yaşı tamam olacaq.

Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov da çiskinli noyabr günündə doğulub. Kamran müəllim gələn həftənin çərşənbə günü ömrünün 80-ci payızına qədəm qoyacaq.

Noyabr ayında anadan olan nüfuzlu iqtidar təmsilçilərinin arasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev də var. Əli müəllim 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov isə 1981-ci ildə dogulduğu üçün noyabrın 11-də 4-ləri qoşalayacaq.

Baş prokuror Kamran Əliyev də noyabrda anadan olan hakimiyyət nümayəndələrindəndir. 18 noyabr Kamran müəllim üçün əlamətdar gün sayılır. Həmin gün Kamran Əliyev 60 illik yubileyini qeyd edəcək.

Noyabr ayı Energetika naziri Pərviz Şahbazov üçün də xüsusi əhəmiyyət daşıyır. Ayın 24-də baş energetikimizin 56 yaşı tamam olacaq.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) direktoru Vüqar Əliyev də əqrəb bürcü altında doğulub. Vüqar müəllimin doğum tarixi 27 noyabr 1968-ci ildir.

Baş nazir Əli Əsədov isə noyabrın sonuncu günü anadan olub. Ayın 30-da hökumətimizin başçısı ömrünün 70-ci payızına qədəm qoyacaq.

Mətbuat.az saytı noyabrda doğum günü olacaq bu şəxsləri ürəkdən təbrik edir, onlara çətin və məsuliyyətli vəzifələrində uğurlar arzulayır.

Məşhur mahnıda deyildiyi kimi, yaşın nə fərqi var...

Bəli, əsas olan sağlam ruh, aşıb-daşan enerjidir.

Enerjiniz tükənməsin!

Zaur Əliyev / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri