Icma.az
close
up
RU
Bu adamın qaraciyəri solda, ürəyi sağdadır FOTOlar

Bu adamın qaraciyəri solda, ürəyi sağdadır FOTOlar

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Qaraciyəri solda, ürəyi sağda - Dünyada cəmi 30 nəfərdə rast gəlinən nadir xəstəliklə mübarizə!

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Situs inversus"la uğurlu əməliyyat tibb ədəbiyyatına düşüb.

Türkiyənin Dənizli şəhərində yaşayan 29 yaşlı Yiğithan Say daxili orqanlarının güzgü görüntüsündə - yəni tam tərs yerləşdiyi nadir anatomik quruluşa malik olsa da, uğurla mədəkiçiltmə əməliyyatı keçirib. "Situs inversus totalis" adlanan bu vəziyyət dünyada hər 100 min nəfərdən sadəcə birində müşahidə olunur. Yiğithan Say bu anatomik quruluşla bariatrik əməliyyat olan dünya üzrə yalnızca 30 nəfərdən biri olub.

Daxili orqanlarının tərs yerləşdiyini körpə ikən öyrəndiyini bildirən Say bunları deyib:

"29 ildir bu şəkildə həyatımı davam etdirirəm. Uşaqkən bu xəbəri aldığımda anlamamışdım, sonradan fərqinə vardım. Amma həyatımı digər insanlardan fərqsiz, heç bir məhdudiyyət olmadan sürdürürəm. Tək fərqim, orqanlarımın tərs yerləşməsidir. 'Situs inversus totalis' diaqnozu səbəbilə bir çox xəstəxana əməliyyatı həyata keçirməkdə tərəddüd etdi. Lakin cərrah İbrahim Ekiz öz təcrübəsi ilə mənə inam verdi və əməliyyat uğurla keçdi. Əməliyyatdan sonra heç bir ağrı və ya narahatlıq hiss etmədim. Özümü indi çox yaxşı hiss edirəm. Əməliyyatdan sonra bəslənmə vərdişlərim müvəqqəti olaraq dəyişdi. Maye pəhriz, keçid dövrü və bərk qidaya keçid kimi üç mərhələdən ibarət bəslənmə proqramı tətbiq etdim. Hazırda yavaş-yavaş əvvəlki bəslənmə vərdişlərimə dönürəm, amma əvvəlkindən daha az yeyirəm və doyma hissim normaldır".

Əməliyyatı uğurla həyata keçirən Cərrah Op. Dr. İbrahim Ekiz bildirib ki, "Situs inversus totalis" vəziyyəti cərrahi müdaxilələrdə, xüsusilə laparoskopik prosedurlarda ciddi çətinliklər yaradır:

"Yiğithan dünya üzrə hər 100 min nəfərdə bir rast gəlinən nadir bir vəziyyətə malikdir - yəni bütün orqanları güzgü kimi tam tərs yerləşmişdir. Obezite əməliyyatlarını tez-tez edirik, xəstəxanamızda gündə orta hesabla 6-7 belə əməliyyat həyata keçiririk. Amma bu, mənim bu anomaliya ilə ilk təcrübəm idi. Belə nadir anatomiyaya sahib şəxsdə obezite cərrahiyası çox fərqli yanaşma tələb edir. Hər bir addım öncədən iki dəfə planlanmalıdır. Amma doğru komanda və avadanlıqla bu cür xüsusi halları uğurla idarə etmək mümkündür".

Dr. Ekiz, "Situs inversus"lu pasiyentlərdə bariatrik cərrahiyyələrin dünya üzrə yalnız müəyyən ixtisaslaşmış mərkəzlərdə həyata keçirildiyini bildirib və Türkiyədə bu cür əməliyyatların azlığı səbəbilə bu hadisənin daha çox diqqət çəkdiyini vurğulayıb.

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri