Icma.az
close
up
RU
“Bu adamın və onu müdafiə edənlərin vicdanı olsaydı...” Qüdrət Həsənquliyev

“Bu adamın və onu müdafiə edənlərin vicdanı olsaydı...” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, dünən ABŞ Konqresində “Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair” “erməni tütəyi” ləqəbini qazanmış, ermənilər necə üfləyirsə o cür də səs çıxaran Kris Smit bir neçə erməni ilə birlikdə dinləmə təşkil edib. Bu məsələyə münasibətinizi bilmək istərdik...

- Tədbir əsasən insanlıq əleyhinə bəşəri cinayətlər törətmiş erməni qatillərinin müdafiəsinə, “Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməsində” ittiham olunmasına həsr olunub. Bu zaman qərəz, rüsvayçılıq o həddə çatıb ki, deputat seçilməyəndən sonra iqtidra qarşı sərt mövqe sərgiləməyə başlamış Cəmil Həsənli belə bu cür dinləmələrin xalqımızda necə qəzəb və nifrət doğuracağını nəzərə alıb, bu biabırçılığı pisləmək zorunda qalıb.
İnsan hüquq və azadlıqlarının pozulmasına, qanunçuluğa əməl olunmamasına dair faktlara təəssüf ki, bütün ölkələrdə rast gəlinir, birində bir az çox, digərində bir az az. O cümlədən, Azərbaycanla yanaşı ABŞ-də də. Yaxşı olardı Kris bu istiqamətdə ilk növbədə öz ölkəsindəki hər gün pisləşməkdə olan vəziyyəti müzakirəyə çıxarardı. Bu gün ABŞ-də Trampa sadiq olmayan 100 minlərlə insan işdən qovulur, məhkəmə qərarları icra olunmur, hər il polis zorakılığından ölənlərin sayı durmadan artır, irqçilik, dini ayrıseçkilik, islamafobiya qorxulu səviyyədə genişlənir.
Bu adamın və onu müdafiə edənlərin vicdanı, ədalət hissi olsaydı əslində onu müzakirəyə çıxarmalı idilər ki, niyə indiyə qədər azərbaycanlılara qarşı soyqırımı törətmiş şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmayıb, Ermənistan təcavüzkar dövlət kimi tanınmayıb və cəzalandırılmayıb? Axı,1949-cu ildə qəbul olunmuş 4 Cenevrə Konvensiyasına və 1984-cü ildə qəbul olunmuş İşgəncələr əleyhinə Konvensiyaya görə beynəlxalq humanitar hüququn tələblərini pozanlar beynəlxalq hüququn “universal yurisdiksiya prinsipinə” görə bütün ölkələrdə təqib olunmalıdr. Həmçinin ABŞ-da. Utanıb yerə girmək əvəzinə bizdən həmin qatilləri azad etməyi tələb edirlər. Bu gün Milli Məclisin iclasında cari məsələlərə vaxt ayrılsaydı təklif edəcəkdim ki, parlamentin müvafiq Komitələrinin birgə iclası keçirilsin, ABŞ-də insan hüquqlarının vəziyyəti, bu ölkənin beynəlxalq hüquqa, özünün beynəlxalq öhdəliklərinə cinayətkarcasına sayğısız yanaşması, başqa dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsi, Ukraynaya qarşı irəli sürdüyü beynəlxalq hüquqa və Budapeşt memorandumuna görə öz öhdəliyinə zidd tələbləri ciddi müzakirə olunsun və qətiyyətlə pislənilsin.

- Qüdrət bəy, Baş prokurorun təyin olunmasına razılığın verilməsinə dair təqdimatın müzakirəsiz qəbul olunmasını necə qarşıladınız?

- Sədr səsvermədən sonra çıxış üçün təkid edənlərin olub-olmadığını soruşdu. Düşünürəm Baş prokurorun özü üçün də maraqlı olardı ki, onun və prokurorluğun fəaliyyətinə dair deputatların fikir və təkliflərini eşitsin. Təəssüf ki, zaldakı çoxluq müzakirə istəmədi. Görünür təkliflərin yox, tərifin çox olacağından çəkindilər. Kamran müəllimi təbrik edirəm, ona çətin və şərəfli işində uğurlar arzu edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 May 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri