Icma.az
close
up
RU
Bu adaya yaxınlaşmaq qadağandır: Dünyadan tam təcrid olunublar (VİDEO)

Bu adaya yaxınlaşmaq qadağandır: Dünyadan tam təcrid olunublar (VİDEO)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hind okeanında yerləşən Şimali Sentinel adasına daxil olmaq hətta alimlər üçün də qadağandır. Söhbət əsrlərdir xarici dünya ilə hər cür əlaqədən yayınan sentinellər qəbiləsindən gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Hamuesgyemant" yazır.

Ada Andaman arxipelaqının tərkibinə daxildir və sahəsinə görə təxminən Manhetten qədərdir – sıx meşələrlə örtülü ərazisi 59 kvadrat kilometrdir. Təbii limanı olmayan adada nə qədər insanın yaşadığı dəqiq bilinmir. Mövcud məlumatlara görə, onların sayı bir neçə on nəfərdən təxminən 150 nəfərə qədər ola bilər.

Sentinellərin həyat tərzi haqqında çox az məlumat var. Məlumata görə, ada sakinləri ovçuluq və balıqçılıqla məşğul olur, vəhşi donuz və tısbağa əti yeyir, bal və bitki mənşəli qida toplayırlar. Yay və uzun oxlarla nizələri özləri hazırlayır, alətlər üçün metali isə sahilə çıxan gəmi qalıqlarından əldə edirlər.

İnsanların adada nə vaxtdan məskunlaşdığı da dəqiq məlum deyil. Burada heç vaxt arxeoloji qazıntılar aparılmayıb. Lakin qonşu Andaman xalqları üzərində aparılan genetik araşdırmalar bölgədə insan məskunlaşmasının tarixinin on minlərlə il əvvələ gedib çıxa biləcəyini göstərir.

Qanlı tanışlıq

1880-ci ildə Britaniya müstəmləkə məmuru Moris Vidal Portman adaya ekspedisiya təşkil edib. Ekspedisiya zamanı onun adamları yaşlı bir cütlüyü və dörd uşağı oğurlayaraq Port-Blerə aparıblar. Yetkin əsirlər qısa müddət sonra xəstəliklərdən ölüb, uşaqlar isə sonradan adaya qaytarılıb.

XX əsrdə əlaqə yaratmaq cəhdlərini artıq hindistanlı tədqiqatçılar davam etdiriblər. Antropoloq Triloknat Pandit 1960-cı illərdən başlayaraq bir neçə ekspedisiyada iştirak edib. Bir dəfə onun komandası adada ən azı 18 yaşayış daxması müəyyənləşdirib. Bu məlumatlara əsasən alimlər düşərgədə 50-70 nəfərin yaşadığını təxmin ediblər, lakin adada başqa yaşayış məntəqələrinin olub-olmadığını müəyyənləşdirə bilməyiblər.

Tədqiqatçıların sözlərinə görə, bu təmaslar nadir hallarda mədəniyyətə hörmətlə yanaşan araşdırmaya bənzəyib. Qonaqlar ada sakinləri meşədə gizlənərkən boş daxmalardan əşyalar götürür və ya sahildə kokos, metal qablar və heyvanlar qoyurdular. Sentinellər “hədiyyələrin” bir hissəsini qəbul edir, digərlərini isə qəti şəkildə rədd edirdilər.

1990-cı illərdə vəziyyət qısa müddətə daha sakit görünürdü. Həmin dövrdə ada sakinlərinin qayıqlarla qonaqlara yaxınlaşaraq kokosları birbaşa onların əlindən götürdüyünü göstərən görüntülər də qeydə alınıb. Lakin davamlı əlaqə qurmaq mümkün olmayıb və Hindistan sonradan bu cür ekspedisiyalardan tamamilə imtina edib.

Niyə adaya yaxınlaşmaq olmaz?

Qadağanın əsas səbəbi icmanın öz təhlükəsizliyidir. Bu qədər təcrid olunmuş xalqın dünyanın digər hissəsində adi sayılan infeksiyalara belə immuniteti olmaya bilər. Andaman adalarının digər yerli xalqlarının tarixi isə müstəmləkəçilik və kənardan gətirilən xəstəliklərin nə qədər dağıdıcı nəticələrə səbəb ola biləcəyini göstərir.

Şimali Sentinel adası 2018-ci ildə 26 yaşlı amerikalı missioner Con Allen Çau icazəsiz şəkildə sahilə çıxaraq yerli sakinlərə dini təbliğat aparmağa çalışdıqdan sonra yenidən gündəmə gəlib. Hindistan hakimiyyətinin məlumatına görə, kişi adada öldürülüb. Onun cəsədini geri götürmək mümkün olmayıb, çünki adaya yenidən müdaxilə icma üçün əlavə təhlükə yarada bilərdi.

Bu gün Şimali Sentinel Yer kürəsinin məskunlaşılmış ən təcrid olunmuş yerlərindən biri olaraq qalır.

Fərqli həyat tərzi keçirən başqa bir qəbilə

Təcrid olunmuş icmaların həyatının nə qədər fərqli ola biləcəyini Amazon hövzəsində yaşayan Amondava qəbiləsinin nümunəsi də göstərir. Onlar həftələr, aylar və illərlə ifadə olunan ənənəvi təqvimdən istifadə etmirlər. Qəbilədə insanın yaşı da illərlə hesablanmır. İnsan müxtəlif həyat mərhələlərindən keçir və bu mərhələlərlə birlikdə hətta adı da dəyişə bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Avqust 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri