Icma.az
close
up
RU
Bu addım 20 Yanvar dakı vəziyyətə təsir edəcək, interval 2 dəqiqəyə düşəcək AÇIQLAMA

Bu addım 20 Yanvar dakı vəziyyətə təsir edəcək, interval 2 dəqiqəyə düşəcək AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Metro infrastrukturunun genişləndirilməsi şəhər mobilliyinin və nəqliyyat infrastrukturunun inkişafı üçün çox əhəmiyyətlidir. Metro xətləri və yerüstü nəqliyyat növlərinin inteqrasiyası bir-birini tamamlayan və şəhərdaxili hərəkətliliyi daha effektiv edən əsas elementlərdir. Növbəti 5 ildə 10 yeni stansiyanın tikilməsi və yeni qatarların gətirilməsi bu effektivliyi daha da artıra bilər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Bakı Metropoliteninin yaşıl, qırmızı və bənövşəyi metro xətləri üzrə texniki məhdudiyyətlərin aradan qaldırılması və sərnişin axınının düzgün idarə edilməsi tələb olunan məsələlərdəndir:

"10 yeni metro stansiyanın tikilməsi, şəhərin mobilliyinə müsbət təsir edəcək bir xəbərdir. Amma tək metro ilə yox, həmçinin də yerüstü nəqliyyatda olan digər növlərin də inteqrasiyası və digər loqistika növü ümumi tıxacdakı payı azaldacaq. Düşünürəm ki, bu sahələrə investisiya artırılmalıdır. Metronun bugünkü 3 xətti - yaşıl, qırmızı və bənövşəyi xəttin müstəqil fəaliyyəti təmin olunmalı, texniki məhdudiyyətlər aradan qaldırılmalıdır. Müəyyən xətlərin, stansiyaların tikintisi sərnişin axınını parçalayacaq. Hazırda 2 depo var, 3-cü deponun, yəni Dərnəgül deposunun tikilməsinə ehtiyac var. Bunlar hamısı yekunda şəhərdəki hərəkətliliyə birbaşa təsir edəcək. Metro daxilində də sərnişin axınının fərqli istiqamətə yönəlməsinə gətirib çıxaracaq. Bənövşəyi xətdə olan stansiya platformaları 7 vaqonludur. Yəni eyni anda daha çox sərnişinin hərəkətini təmin edir. Yaşıl və qırmızı xətdə isə 5 vaqonlu platformadır. Şəhərdən üzü şimal istiqamətinə və şimaldan üzü Bakı istiqamətində böyük bir hərəkətlilik var. Bu, "20 Yanvar"dakı vəziyyətə birbaşa təsir edəcək. Çünki "Avtovağzal" metrosu istiqamətində gedən qatarların hərəkət intervalı bu gün 7 dəqiqədirsə, o, 2 dəqiqəyə düşəcək. Bu da birbaşa ümümi sərnişin axınına, həm yerin altına, həm yerin üstünə birbaşa təsir edəcək". 

Daha əvvəl Bakı Metropoliteninə 2025-ci ildə 65 vaqon gətiriləcəyi barədə məlumat vermişdik. Onların nə vaxt istifadəyə veriləcəyi ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova sual ünvaladıq.

"Bakı Metropoliteninə yeni qatarların gətirilməsi ilin sonuna qədər gerçəkləşəcək. Son dəfə ötən ilin noyabrında 7 qatar xəttə verilib. Bundan sonra da stansiyaların qatarla təmin olunması davam etdiriləcək",- deyə mətbuat katibi sualımıza cavab verdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri