20 Yanvar metrosunun çıxışındakı taksilərin fəaliyyəti qanunidir? RƏSMİ AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"20 Yanvar" metrosunun "Şamaxinka" istiqamətindəki çıxışında Xırdalana sərnişin daşıyan taksilər fəaliyyət göstərir. Adi günlərdə 2 manata, yağışlı havalarda isə sərnişinin bir nəfərini 5 manata ünvana çatdırırlar. Cəmiyyətdə belə fikirlər səslənir ki, onlar qanunsuz taksi fəaliyyəti ilə məşğuldur və bunun üçün kiməsə aylıq pul verirlər.
Bəs həmin taksilərin fəaliyyəti qanunidir? Sürücülər taksi fəaliyyəti ilə bağlı tələb olunan sənədləri əldə ediblərmi?
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirib ki, taksi minik avtomobili ilə sərnişindaşımaları həyata keçirən bütün hüquqi və fiziki şəxslər AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar:
"İcazələrin verilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər".
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 07 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















