Icma.az
close
up
RU
Bu addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır

Bu addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlər fövqəladə hallara uyğun şəkildə tətbiq olunurdu. Azərbaycanda da bu çərçivədə quru sərhədlərin bağlanması vacib addım kimi qəbul olundu. Lakin pandemiyanın fəal fazası başa çatdıqdan sonra sərhədlərin açılmaması cəmiyyətdə və siyasi spektrdə müxtəlif müzakirələrə səbəb oldu. Müxalif dairələr bu məsələni siyasi müstəviyə daşımağa, hökumətin qərarını ictimai narazılıq predmeti kimi təqdim etməyə çalışsalar da, zaman keçdikcə regionda baş verən proseslər bu qərarın nə qədər əsaslı və uzaqgörən olduğunu açıq şəkildə ortaya qoydu.

Geosiyasi reallıqlar və Azərbaycan üçün risklər

Azərbaycanın yerləşdiyi coğrafi məkan strateji baxımdan həm imkanlar, həm də təhlükələr mənbəyidir. Hazırda ölkənin iki böyük qonşusu – İran və Rusiya – ya birbaşa, ya da dolayı şəkildə müharibə vəziyyətindədir.

Rusiya artıq üç ildən çoxdur ki, Ukrayna ilə davam edən genişmiqyaslı və çoxcəhətli bir hərbi qarşıdurma aparır. Bu münaqişə təkcə Şərqi Avropa üçün deyil, bütün postsovet məkanı üçün təhlükəsizlik çağırışları yaradır. Digər tərəfdən, İran və İsrail arasında silahlı toqquşmalar son günlər yeni və daha intensiv fazaya keçib. İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi zərbələr, o cümlədən İranın buna cavabları bölgədə faktiki müharibə şəraitinin yaranmasına gətirib çıxarıb. İndi hamı daha aydın başa düşür ki, sərhədlər niyə bağlı saxlanılırdı. Çünki bu kimi gərginliklər gözlənilən idi.

Prezident İlham Əliyevin mövqeyi: Dövlətçilik prinsipiallığı

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sərhədlərin bağlı saxlanmasının təsadüfi və ya qapalı siyasət addımı olmadığını, bu qərarın əsaslı geosiyasi və təhlükəsizlik səbəblərinə əsaslandığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın daxili sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən önəmlidir və sərhəd məsələsində qərar verilərkən məhz bu prioritetlər əsas götürülüb.

Prezident İlham Əliyev 2024-cü ilin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda qeyd edib ki, Sərhədlərin bağlı saxlanılması qərarı bölgədəki qeyri-sabitlik və artan xarici təhlükələr fonunda Azərbaycanın milli təhlükəsizliyini qorumaq məqsədilə atılmış strateji və zəruri addımdır.

“Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür.”

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Apa-ya açıqlamasında vurğulayıb ki, quru sərhədlərin bağlı saxlanılması dəyişən regional təhlükələr fonunda milli təhlükəsizlik, suverenlik və ictimai sabitliyi qorumağa yönəlmiş strateji və uzaqgörən addımdır.

“Son illərdə Azərbaycan qonşu dövlətlərlə quru sərhədlərini bağlı saxlayaraq regional təhlükəsizlik və daxili sabitliyi prioritet olaraq ön plana çıxarıb. Bu qərar ilk mərhələdə pandemiya səbəbilə ictimai sağlamlığın qorunmasına yönəlsə də, dəyişən geosiyasi reallıqlar fonunda daha geniş milli təhlükəsizlik məqsədlərinə xidmət edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, İran ətrafında dərinləşən böhran və İsrail-İran qarşıdurmasının açıq hərbi müstəviyə keçməsi regionda ciddi risklər yaradıb. Belə bir şəraitdə, Azərbaycanın sərhədləri qapalı saxlamaq qərarı suverenlik, təhlükəsizlik və dövlət idarəçiliyi baxımından strateji və uzaqgörən addım kimi dəyərləndirilməlidir. Sərhədlərin qapalı qalması xarici təxribatların, radikal qrupların və kəşfiyyat şəbəkələrinin ölkəyə sızmasının qarşısını alır, ideoloji təsir risklərini minimuma endirir və xüsusi xidmət orqanlarının sərhədyanı fəaliyyətdə manevr imkanlarını məhdudlaşdırır. Eyni zamanda, bu siyasət sərhəd bölgələrində yaşayan əhalinin təhlükəsizliyini və sosial sabitliyini təmin etməklə dövlət nəzarətinin effektivliyini artırır və daha sabit ictimai mühit formalaşdırır.”

İctimai sabitlik və daxili nəzarət

Sərhədlərin bağlı qalması yalnız təhlükəsizlik sahəsində deyil, həm də sosial-siyasi sabitlik baxımından mühüm rol oynayıb. Regionda müxtəlif ölkələrdə artan inflyasiya, ictimai narazılıq və sanksiyaların yaratdığı iqtisadi və sosial təlatümlər Azərbaycana miqrasiyanın artmasına səbəb ola bilərdi. Bu isə daxili əmək bazarına, sosial təminat sisteminə və ictimai mühitə əlavə yük gətirə bilərdi. Sərhədlərin bağlı saxlanması bu potensial gərginliklərin də qarşısını aldı.

VII çağırış Milli Məclisin 23 sentyabr 2024-cü ildə keçirilmiş ilk iclasındakı çıxışında sərhədlərin bağlı qalmasına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, son illər quru sərhədlərin bağlı saxlanılması Azərbaycanda təhlükəsizlik və sabitliyi təmin edərək ölkəni potensial fəlakətlərdən qoruyub, inkişaf və xarici sərmayə üçün etibarlı şərait yaradıb: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir.”

Politoloq Zaur Məmmədov isə əlavə edib ki, Azərbaycanın sərhədləri bağlı saxlaması, dövlətçiliyin möhkəmləndirilməsi və xarici risklərin qarşısının alınması məqsədi daşıyır.

“Azərbaycanın qonşu dövlətlərlə quru sərhədlərini bağlı saxlaması təkcə təhlükəsizlik tədbiri deyil, eyni zamanda müstəqil dövlətçilik strategiyasının təzahürüdür. Bu qərar, daxili sabitliyin qorunması, milli maraqların müdafiəsi, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və regional risklərin neytrallaşdırılması baxımından tam əsaslandırılmış və məntiqli addımdır. Dövlət sərhədləri sadəcə coğrafi xətlər deyil, suverenliyin simvolu və təhlükəsizliyin təməlidir. Bu mənada Azərbaycanın sərhədlər siyasəti həm strateji baxımdan düzgün, həm də milli maraqlara uyğun və uzaqgörən bir qərardır”.

Nəticə: Sərhədlərin bağlı qalması – zərurət və strateji üstünlük

Bugünkü reallıq göstərir ki, sərhədlərin uzun müddət bağlı saxlanılması Azərbaycan üçün müdafiə və təhlükəsizlik konsepsiyası kimi qiymətləndirilməlidir. Sərhədlərin bağlı qalması Azərbaycan ərazisinin müəyyən məqsədlər üçün istifadə edilməsinin də qarşısını aldı.

Azərbaycan dövləti həm regional, həm də qlobal prosesləri diqqətlə izləyir, daxildə isə tam nəzarəti əlində saxlayaraq təhlükəsizlik və sabitliyi təmin edir. Sərhədlərin bağlı qalması bu siyasətin mühüm sütunlarından biridir və yaxın gələcəkdə də bu yanaşmanın davam etdirilməsi milli maraqlara uyğun olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyun 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri