Icma.az
close
up
RU
Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlər fövqəladə hallara uyğun şəkildə tətbiq olunurdu. Azərbaycanda da bu çərçivədə quru sərhədlərin bağlanması vacib addım kimi qəbul olundu. Lakin pandemiyanın fəal fazası başa çatdıqdan sonra sərhədlərin açılmaması cəmiyyətdə və siyasi spektrdə müxtəlif müzakirələrə səbəb oldu. Müxalif dairələr bu məsələni siyasi müstəviyə daşımağa, hökumətin qərarını ictimai narazılıq predmeti kimi təqdim etməyə çalışsalar da, zaman keçdikcə regionda baş verən proseslər bu qərarın nə qədər əsaslı və uzaqgörən olduğunu açıq şəkildə ortaya qoydu.

Geosiyasi reallıqlar və Azərbaycan üçün risklər

Azərbaycanın yerləşdiyi coğrafi məkan strateji baxımdan həm imkanlar, həm də təhlükələr mənbəyidir. Hazırda ölkənin iki böyük qonşusu – İran və Rusiya – ya birbaşa, ya da dolayı şəkildə müharibə vəziyyətindədir.

Rusiya artıq üç ildən çoxdur ki, Ukrayna ilə davam edən genişmiqyaslı və çoxcəhətli bir hərbi qarşıdurma aparır. Bu münaqişə təkcə Şərqi Avropa üçün deyil, bütün postsovet məkanı üçün təhlükəsizlik çağırışları yaradır. Digər tərəfdən, İran və İsrail arasında silahlı toqquşmalar son günlər yeni və daha intensiv fazaya keçib. İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi zərbələr, o cümlədən İranın buna cavabları bölgədə faktiki müharibə şəraitinin yaranmasına gətirib çıxarıb. İndi hamı daha aydın başa düşür ki, sərhədlər niyə bağıı saxlanılırdı. Çünki bu kimi gərginliklər gözlənilən idi.

Prezident İlham Əliyevin mövqeyi: Dövlətçilik prinsipiallığı

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sərhədlərin bağlı saxlanmasının təsadüfi və ya qapalı siyasət addımı olmadığını, bu qərarın əsaslı geosiyasi və təhlükəsizlik səbəblərinə əsaslandığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın daxili sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən önəmlidir və sərhəd məsələsində qərar verilərkən məhz bu prioritetlər əsas götürülüb.

Prezident İlham Əliyev 2024-cü ilin aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda qeyd edib ki, Sərhədlərin bağlı saxlanılması qərarı bölgədəki qeyri-sabitlik və artan xarici təhlükələr fonunda Azərbaycanın milli təhlükəsizliyini qorumaq məqsədilə atılmış strateji və zəruri addımdır.

Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür.

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA-ya açıqlamasında vurğulayıb ki, quru sərhədlərin bağlı saxlanılması dəyişən regional təhlükələr fonunda milli təhlükəsizlik, suverenlik və ictimai sabitliyi qorumağa yönəlmiş strateji və uzaqgörən addımdır.

Son illərdə Azərbaycan qonşu dövlətlərlə quru sərhədlərini bağlı saxlayaraq regional təhlükəsizlik və daxili sabitliyi prioritet olaraq ön plana çıxarıb. Bu qərar ilk mərhələdə pandemiya səbəbilə ictimai sağlamlığın qorunmasına yönəlsə də, dəyişən geosiyasi reallıqlar fonunda daha geniş milli təhlükəsizlik məqsədlərinə xidmət edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, İran ətrafında dərinləşən böhran və İsrail-İran qarşıdurmasının açıq hərbi müstəviyə keçməsi regionda ciddi risklər yaradıb. Belə bir şəraitdə, Azərbaycanın sərhədləri qapalı saxlamaq qərarı suverenlik, təhlükəsizlik və dövlət idarəçiliyi baxımından strateji və uzaqgörən addım kimi dəyərləndirilməlidir. Sərhədlərin qapalı qalması xarici təxribatların, radikal qrupların və kəşfiyyat şəbəkələrinin ölkəyə sızmasının qarşısını alır, ideoloji təsir risklərini minimuma endirir və xüsusi xidmət orqanlarının sərhədyanı fəaliyyətdə manevr imkanlarını məhdudlaşdırır. Eyni zamanda, bu siyasət sərhəd bölgələrində yaşayan əhalinin təhlükəsizliyini və sosial sabitliyini təmin etməklə dövlət nəzarətinin effektivliyini artırır və daha sabit ictimai mühit formalaşdırır.”

İctimai sabitlik və daxili nəzarət

Sərhədlərin bağlı qalması yalnız təhlükəsizlik sahəsində deyil, həm də sosial-siyasi sabitlik baxımından mühüm rol oynayıb. Regionda müxtəlif ölkələrdə artan inflyasiya, ictimai narazılıq və sanksiyaların yaratdığı iqtisadi və sosial təlatümlər Azərbaycana miqrasiyanın artmasına səbəb ola bilərdi. Bu isə daxili əmək bazarına, sosial təminat sisteminə və ictimai mühitə əlavə yük gətirə bilərdi. Sərhədlərin bağlı saxlanması bu potensial gərginliklərin də qarşısını aldı.

VII çağırış Milli Məclisin 23 sentyabr 2024-cü ildə keçirilmiş ilk iclasındakı çıxışında sərhədlərin bağlı qalmasına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, son illər quru sərhədlərin bağlı saxlanılması Azərbaycanda təhlükəsizlik və sabitliyi təmin edərək ölkəni potensial fəlakətlərdən qoruyub, inkişaf və xarici sərmayə üçün etibarlı şərait yaradıb: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir.

Politoloq Zaur Məmmədov isə əlavə edib ki, Azərbaycanın sərhədləri bağlı saxlaması, dövlətçiliyin möhkəmləndirilməsi və xarici risklərin qarşısının alınması məqsədi daşıyır.

Azərbaycanın qonşu dövlətlərlə quru sərhədlərini bağlı saxlaması təkcə təhlükəsizlik tədbiri deyil, eyni zamanda müstəqil dövlətçilik strategiyasının təzahürüdür. Bu qərar, daxili sabitliyin qorunması, milli maraqların müdafiəsi, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və regional risklərin neytrallaşdırılması baxımından tam əsaslandırılmış və məntiqli addımdır. Dövlət sərhədləri sadəcə coğrafi xətlər deyil, suverenliyin simvolu və təhlükəsizliyin təməlidir. Bu mənada Azərbaycanın sərhədlər siyasəti həm strateji baxımdan düzgün, həm də milli maraqlara uyğun və uzaqgörən bir qərardır”.

Nəticə: Sərhədlərin bağlı qalması – zərurət və strateji üstünlük

Bugünkü reallıq göstərir ki, sərhədlərin uzun müddət bağlı saxlanılması Azərbaycan üçün müdafiə və təhlükəsizlik konsepsiyası kimi qiymətləndirilməlidir. Sərhədlırin bağlı qalması Azərbaycan ərazisinin müəyyən məqsədlər üçün istifadə edilməsinin də qarşısını aldı.

Azərbaycan dövləti həm regional, həm də qlobal prosesləri diqqətlə izləyir, daxildə isə tam nəzarəti əlində saxlayaraq təhlükəsizlik və sabitliyi təmin edir. Sərhədlərin bağlı qalması bu siyasətin mühüm sütunlarından biridir və yaxın gələcəkdə də bu yanaşmanın davam etdirilməsi milli maraqlara uyğun olacaq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see227

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see218

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri