Icma.az
close
up
RU
Bu addımlar atılmasa, yeni münaqişələr qaçılmaz olacaq” Ekspert Paşinyanın bəyanatını şərh edir

Bu addımlar atılmasa, yeni münaqişələr qaçılmaz olacaq” Ekspert Paşinyanın bəyanatını şərh edir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda çıxışı zamanı bildirib ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə baş verməyəcək.

“Bütün fikir ayrılıqları və təxribatlara baxmayaraq, sülh olacaq – bu, mənə aydındır” -deyə, o, bildirib.

O əlavə edib ki, Ermənistan sülh sazişini qəbul etməyə hazırdır və əgər Konstitusiya Məhkəməsi sənədi qanunlara zidd sayarsa, Konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə çıxış edəcək.

Bununla belə, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın bəyanatlarını qeyri-səmimi hesab edir. 

Beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev məsələ ilə bağlı Pressklub.az-a açıqlamasında bildirib ki, sülh yolundakı əsas maneə iki ölkə arasında dərin inamsızlıqdır: “Biz illərlə Sovet İttifaqının tərkibində yaşamışıq. Ermənistanın təcavüzü nəticəsində şəhər və kəndlərimiz dağıdılıb, yüz minlərlə insan qaçqın düşüb. Mən özüm də hələ evimə qayıda bilməmişəm. Bu səbəbdən də inam formalaşmayıb”.

Mehdiyevin sözlərinə görə, Prezident İlham Əliyev keçmişdə Ermənistan rəhbərliyi ilə danışıqlarda qarşı tərəfin barışmaz mövqeyini yaxşı xatırlayır: “Onlar heç vaxt Azərbaycanın maraqlarını nəzərə almayıblar. Təkcə öz iddialarını irəli sürüblər. Bu, bugünkü ehtiyatlı yanaşmaların əsas səbəbidir”.

Ekspert Paşinyanın bəyanatlarında müəyyən müsbət məqamların olduğunu da qeyd edir: “Paşinyan beş əsas prinsipin razılaşdırıldığını bildirir – bunlar ərazi bütövlüyünün tanınmasını ehtiva edir. Amma keçmiş təcrübələrə görə, Azərbaycan tərəfi əlavə təminatlar istəyir. Bu, tam haqlıdır”.

Ekspert Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının tamamilə çıxarılmasının vacibliyini vurğulayır: “Azərbaycan haqlı olaraq tələb edir ki, bu cür iddialar Konstitusiyadan silinsin. Bu, sabit sülhün əsas şərtidir”.

Mehdiyev Paşinyanın şəxsi mövqeyinin sülhə ümid yaratdığını desə də, təhlükələrin də olduğunu bildirir:“Paşinyan ardıcıl olaraq sülh gündəliyini müdafiə edir. Əgər bu xətti davam etdirə bilsə, Ermənistan üçün tarixi bir fiqura çevrilə bilər. Lakin Ermənistanda revanşist qüvvələr var və onlar hakimiyyətə gəlsə, vəziyyət dəyişə bilər”.

Sonda ekspert bildirib ki, əgər Ermənistan sülh istəyirsə, qarşı tərəfin narahatlıqlarını nəzərə almalı və bütün maneələri aradan qaldırmalıdır: “Konstitusiyanı dəyişmək asan deyil, bu zaman və qarşılıqlı dialoq tələb edir. Amma bu addımlar atılmasa, gələcəkdə yeni münaqişələr qaçılmaz olacaq”.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri