Icma.az
close
up
RU
Paşinyanın rəqibi Vardan Oskanyan olacaq? (ŞƏRH)

Paşinyanın rəqibi Vardan Oskanyan olacaq? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Xarizmatik lider keyfiyyətləri olmayan Oskanyanın növbəti mərhələdə müxalifətin liderinə çevrilməsi ehtimalı o qədər də yüksək deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rauf Mirqədirov Ermənistanın baş naziri Nikol Paşinyanın debat təklifindən eks-prezidentlərin imtina etməsi fonunda keçmiş XİN rəhbəri Vardan Oskanyanın irəli çıxması ilə onun müxalifətin əsas namizədi olması ehtimalını şərh edərkən deyib.

Rauf Mirqədirovun fikrincə, Paşinyanla debat olarsa, bu Oskanyana müəyyən üstünlüklər verə bilər:

"Düşünmürəm ki, Vardan Oskanyanla bağlı belə nəticələrə gəlmək olar. Nəzərə almaq lazımdır ki, Robert Koçaryan və Serj Sarkisyan publik debatlardan qaçırlar. Hər ikisi hakimiyyətdən gedəndən sonra publik debatlarda iştirak etməyib. Hakimiyyətdə olanda da iştiraka ehtiyac olmadığı üçün onların ümumiyyətlə publik debatlarda iştirak etdiyinin şahidi olmamışam. Koçaryan kifayət qədər qapalı siyasətçi olub. Sarkisyan daha açıq siyasətçi olub, prezidentliyi dövründə jurnalistlərlə görüşürdü. Oskanyan isə xarici işlər naziri olaraq münaqişə mövzusu barədə çox şey bilir. O, kifayət qədər peşəkardır. Paşinyanla debat olarsa, bu Oskanyana müəyyən üstünlüklər verə bilər. Paşinyan nə savadına, nə intelektinə görə güclü şəxsiyyət deyil. O danışıqların diplomatik baxımdan detalları barədə Oskanyan qədər məlumatlı deyil".


Həmsöhbətimiz qeyd edir ki, erməni müxalifəti və Moskva Oskanyana "stavka" etsəydi, bunu çoxdan edərdilər:

"Lakin Oskanyan xarizmatik lider sayılmır. Onun növbəti mərhələdə müxalifətin liderinə çevrilməsi ehtimalı o qədər də güclü deyil. Çünki əhali  arasında o qədər də populyar şəxs hesab edilmir. Digər tərəfdən, Moskva və yaxud erməni müxalifəti tərəfindən Oskanyanla bağlı belə bir imkan nəzərdən keçirilsəydi, bu çoxdan baş verərdi. Çünki Oskanyan yeni fiqur deyil, kifayət qədər çoxdandır siyasətdədir. Müxalifət kompromis füqurlar olaraq başqalarını axtarır".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın eks-prezidentləri Qarabağ mövzusu ilə bağlı debata çağırmasına nə Koçaryan, nə Sarkisyan, nə də Ter-Petrosyan müsbət cavab verməyiblər. Əvəzində, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan irəli çıxaraq, Qarabağ məsələsilə bağlı Paşinyanı debata səsləyib.  

Vaxtilə Qarabağ məsələsi ətrafında gedən danışıqlarda erməni tərəfini təmsil edən Oskanyan Paşinyanın xalqı aldatmaqda davam etməsinə imkan verməyəcəyini söyləyib. Amma o, Paşinyanla debat üçün bir şərt irəli sürüb. Bu şərtə görə, debatda məğlub olduqdan sonra Paşinyan Qarabağla bağlı siaysətini dəyişəcəyinə, ermənilərin Qarabağa qayıdışı məsələsinə qayıdacağına söz verməlidir. 

Paşinyanın debat təklifinin eks-prezidentlər tərəfindən rədd edilməsi fonunda keçmiş XİN rəhbəri Vardan Oskanyanın sinəsini qabağa verməsi istər-istəməz belə təsəvvür formalaşdırır ki, daxildə və xaricdə hazırkı baş nazirə qarşı olan qüvvələr növbəti mərhələdə məhz keçmiş baş diplomatı özlərinin lideri qismində görmək istəyirlər. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri